İyunun 9-dan 15-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə U-17 Avropa çempionatı keçiriləcək.
QOL.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, qitə birinciliyində iştirak edəcək milli komandaların heyəti müəyyənləşib.
Yunan-Roma güləşi üzrə millinin üzvləri yarışın ilk günlərində xalçaya çıxacaq. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov, Rasim Ağayev və Elbrus Məmmədovun rəhbərliyi Abdulrəhman Hüseynli (45 kq), Qurban Məcnunov (48 kq), Elşad Abbasov (51 kq), Ayxan Əsədli (55 kq), Əli Nəzərov (60 kq), Ramil Musayev (65 kq), Yusif Əhmədli (71 kq), Nicat Yeylaqaliyev (80 kq), Səid Paşayev (92 kq) və Rihad İbrahimli (110 kq) uğur qazanmağa çalışacaq.
Daha sonra estafet qadın güləşinə keçəcək. Böyük məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova (53 kq), Ülviyə Musayeva (57 kq), Esra Məmmədli (61 kq), Fidan Babayeva (65 kq) və Milana Bağırzadə (69 kq) çıxış edəcək.
Yarışın sonlarında böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Heyətdə Ömər Usubov (45 kq), Rəvan Həsənzadə (48 kq), Ramal Mirhüseynov (51 kq), Ruslan Əlizadə (55 kq), Həsən Həsənov (60 kq), Tunar Nəsibov (65 kq), İsa Yusibov (71 kq), Əli Hacıyev (80 kq), Səid Paşayev (92 kq) və Hakim Tağıyev (110 kq) yer alıb.
Gündüz seansının görüşləri hər gün Bakı vaxtı ilə 12:30-da, axşam seansının qarşılaşmaları isə 20:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatında I dərəcəli hakim Vüqar Şükürov ədaləti qoruyacaq.
"Qarabağ" "Dinamo"ya məğlub oldu
Vinisius "Real"la yeni müqavilə imzaladı
"Napoli" üçün yeni stadion tikiləcək
"Kəpəz" evdə "Karvan-Yevlax"a qalib gəldi
"Şəfa" rəhbərliyi komandanın düşərgəsində
Slavik Alxasov 1-ci liqa klubunda
Qurban Qurbanovdan məcburi yerdəyişmə - Savonu o əvəzlədi
"Barselona"dan Alvares qərarı
“Qarabağ” “Dinamo” ilə oyuna bu heyətlə çıxır
Həm əsas, həm U-20 millisini çalışdıracaq
"Qalatasaray"a keçə bilər
“Real” tarixinin ən bahalı transferi oldu
Asim Xudiyevə UEFA-dan təyinat
Salah yeni klubunda nə qədər qazanacaq? - Rəsmən açıqlandı
"Marsel" üçün aşağı liqaya düşmək təhlükəsi
"Trabzonspor" Salahla müqavilə imzaladı
"Roma"dan "Deportivo"ya
Uqanda millisinin futbolçusu öldürüldü
"Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
"Qarabağ"ı Polşada neçə azarkeş dəstəkləyəcək?
Fransa millisinin sabiq üzvü ərəb klubunda
Slavik Alxasov "Araz Naxçıvan"dan getdi
"Roma" səfər oyunlarına bu formalarla çıxacaq - Şəkillər
Deşam Səudiyyə Ərəbistanı klubunun hədəfində
“Qarabağ”da yeni məşqçi təyinatları
"Qəbələdə meydançalar əladır" - Presnel Kimpembe
Romero "Atletiko" ilə razılığa gəldi
"Arsenal"dan "Everton"a
İnfantinonun gizli Superliqa planı üzə çıxdı