Bu gün Premyer Liqada 31-ci turu çərçivəsində daha 3 görüş keçirilib. Qol.Az-ın məlumatına görə, ilk "altılıq"da baş tutan 3 görüşdən sonra 31-ci tura yekun vurulub.
Günün ilk qarşılaşması Ağdamın Quzanlı qəsəbə stadionunda baş tutub. Təxminən 1 ildən sonra yenidən Ağdama qayıdan "Qarabağ" klubu "Neftçi"ni böyük hesabla məğlub edib. Artıq çempionluğunu rəsmiləşdirən "Neftçi"nin baş məşqçisi Arif Əsədov bu oyuna əsasən ikinci heyəti buraxmışdı. Lakin "Neftçi"nin bu heyəti "Qarabağ"ın futbolçularına erkən təslim olub. Adamiyanın het-triki sayəsində rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" bir neçə saatlıq da olsa, ikinci pilləyə yüksəlib.
"Qarabağ"ın qələbəsindən sonra bütün diqqətlər Lənkərana yönəlmişdi. Burada "Xəzər Lənkəran" paytaxtın "Bakı" klubu ilə qarşılaşıb. Ötən mövsüm "Xəzər Lənkəran"ı çempionluqdan edən "Bakı" klubu bu dəfə də rəqibini gümüş medallardan məhrum edə bilərdi. Lakin "zolaqlılar" bu işin öhdəsindən gələ bilməyiblər. "Xəzər Lənkəran" bu oyunda rəqibini 2:0 hesabı ilə məğlub edərək yenidən ikinci pilləyə yüksəlib.
Turun maraq doğuran qarşılaşması isə "Şəfa" stadionunda baş tutub. Burada "İnter" klubu paytaxtın digər təmsilçisi AZAL-ı qəbul edib. Avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan hər 2 komanda bu görüşdə qələbə üçün meydana çıxmışdı. "İnter" ölkə kubokunun finalında olmasına baxmayaraq, Premyer Liqada 4-cü pilləni tutmaqla özünü sığortalamaq niyyətində idi. Lakin tərəflərin səylərinə baxmayaraq görüşdə hesab açılmayıb.
Dünən keçirilən bütün görüşlər isə formal xarakter daşıyıb. Artıq Premyer Liqa ilə vidalaşan MOİK səfərdə "Muğan"ın qonağı olub. İkinci "altılıq"da çempion olmağı hədəfləyən "Muğan" isə bu görüşdə istəyinə son dəqiqədə çatıb. Oyuna əlavə edilən 2-ci dəqiqədə fərqlənən Con Pelu komandasına qələbə qazandırıb.
Günün maraqlı görüşlərindən biri Gəncədə baş tutub. Burada yerli komanda Qəbələnin eyni adlı komandasını qəbul edib. "Qəbələ" bu görüşdə qalib gəlməklə ikinci "altılığ"ı çempion kimi başa vurmaq niyyətində idi. Lakin tərəflərin səylərinə baxmayaraq bu oyunda hesab açılmayıb.
Premyer Liqa ilə vidalaşan digər komanda "Simurq" isə Tovuzda "Turan"ın qonağı olub. Bir neçə gün öncə Naci Şensoyla yollarını ayıran "Turan" klubunu bu oyuna yeni baş məşqçisi çıxarıb. Bu görüş də digərləri kimi formal xarakter daşısa da, oyun olduqca maraqlı keçib. Bu mübarizədən isə Tovuz təmsilçisi qalib ayrılıb - 2:1.
13 may (cümə)
19:00. "İnter" - AZAL - 0:0
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elman Musayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
"Şəfa" stadionu.
18:30. "Xəzər Lənkəran" - "Bakı" - 2:0
Qollar: Manuel Skarlatake, 71 (1:0), Emeka Opara, 87 (2:0)
Hakimlər: Vüsal Əliyev, Elşən Acalov, Ramiz Əsədov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Gülağa Cabarov
Lənkəran şəhər mərkəzi stadionu.
15:00. "Qarabağ" - "Neftçi" - 3:0
Qollar: Georgi Adamiya 5, (1:0), 12 (2:0), 49 (3:0)
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Xaqani Məmmədov
Ağdam rayonu, Quzanlı Olimpiya İdman Kompleksinin stadionu.
12 may (cümə axşamı)
16:00. "Muğan" - MOİK - 1:0
Qol: Con Pelu, 90+2 (1:0)
Hakimlər: Səbayel Qurbanova, Azər Əsgərov, Mübariz Haşımov, Fuad Həsənov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Füzuli Nəcəfov
"Şəfa" stadionu.
16:00. "Gəncə" - "Qəbələ" - 0:0
Hakimlər: Elnur Muradov, Habil Əliyev, Zeynal Zeynalov, Rasim Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu.
16:00. "Turan" - "Simurq" - 2:1
Qollar: Vurğun Hüseynov, 6 (1:0), Muammer Erdoğdu, 29 (2:0), Qafar Qafarov, 60 (2:1)
Hakimlər: Ceyhun Haşımov, Nahid Əliyev, Vaqif Musayev, Rövşən Əhmədov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Qurban Məmmədov
Tovuz şəhər stadionu.
Turnir cədvəli
| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
| 1 | Neftçi | 31 | 19 | 9 | 3 | 52-16 | 66 |
| 2 | Xəzər Lənkəran | 31 | 16 | 11 | 4 | 37-17 | 59 |
| 3 | Qarabağ | 31 | 17 | 7 | 7 | 40-19 | 58 |
| 4 | AZAL | 31 | 12 | 10 | 9 | 33-27 | 46 |
| 5 | İnter | 31 | 12 | 10 | 9 | 28-24 | 46 |
| 6 | Bakı | 31 | 10 | 10 | 11 | 33-31 | 40 |
| 7 | Qəbələ | 31 | 12 | 12 | 7 | 29-17 | 48 |
| 8 | Muğan | 31 | 13 | 8 | 10 | 28-29 | 47 |
| 9 | Gəncə | 31 | 8 | 12 | 11 | 30-32 | 36 |
| 10 | Turan | 31 | 7 | 6 | 18 | 23-43 | 27 |
| 11 | Simurq | 31 | 3 | 7 | 21 | 16-49 | 16 |
| 12 | MOİK | 31 | 3 | 6 | 22 | 10-54 | 15 |
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?