"Sabah"ın U-13 və U-15 komandalarının iştirak etdiyi, Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” beynəlxalq futbol turnirinə yekun vurulub.
QOL.az xəbər verir ki, U-13 “Konyaspor”a 3:1, “Hatay Altın Gençlik”ə isə 11:0 hesabıyla qalib gələrək qrup mərhələsini 2-ci sırada başa vurub.
“Konyaspor”la oyunda "Sabah"ın qollarını Yusif Ağayev, Əli Hüseynli və İbrahim Sədiyev imza atıblar. “Hatay Altın Gençlik” komandası ilə qarşılaşmada isə Yusif Ağayev (5), Cəlal Məmmədli (3), Hüseyn Musayev, Çingiz Müslümov və Eltun Məmmədov fərqləniblər. Nasir Nəsirlinin çalışdırdığı komanda 9-cu yer uğrunda matçlarda Türkiyənin "Kadriyespor" komandasını 9:0, Belarusun "Energetik" komandasını 3:0, Türkiyənin "Özerspor" komandasını isə 1:0 hesabıyla məğlub edib. "Kadriyespor"la oyunda "Sabah"ın qollarını Yusif Ağayev (3), Cəlal Məmmədli, Elman Tahirov, Çingiz Müslümov, Amal Şıxkərimzadə, Hüseyn Musayev və Əli Hüseynli imza atıblar. "Energetik"lə matçda qolların müəllifləri Yusif Ağayev, Hüseyn Musayev və Ayxan Hüseynov olublar. "Özerspor"la görüşdə isə Yusif Ağayev komandamızın yeganə qolunu vurub. "Sabah" turniri 36 komanda arasında 9-cu pillədə başa vurub.
U-15 isə “Konyaaltı” komandasını 2:1, “Manisa” komandasını isə 7:0 hesabıyla məğlub edərək qrup mərhələsini lider kimi başa vurub.
“Konyaaltı” ilə matçda "Sabah"ın qollarına Rəvan Məmmədov və Ayxan İbadov imza atıblar. “Manisa” ilə matçda isə Firdovsi Şeydayev (2), Ayxan İbadov (2), Xəzər Hüseynzadə (2) və Rəvan Məmmədov fərqləniblər. Şahin Zeynalovun baş məşqçisi olduğu komanda 1/4 final mərhələsində İngiltərənin “Fulhem” komandasına 0:2 hesabıyla uduzub. Komanda 5-8-ci yerlər uğrunda mübarizədə Qazaxıstanın OİNA komandasına 6:0 hesabıyla qalib gəlib. Qolları Ruslan Əbilov, Rəvan Məmmədov (2), Çingiz Məmmədov (2) və Nizami Nəbiyev vurub. Türkiyənin "Samsunspor" komandası ilə matçda 1:1 hesablı heç-heçə edən "Sabah", oyun sonrası penaltilər seriyasında 6-7 hesabı ilə məğlub olub. Bu matçda "Sabah"ın yeganə qolunu Firdovsi Şeydayev vurub. U-15 turniri 24 komanda arasında 6-cı pillədə bitirib.

Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər