“Komandamız yaxşı performans sərgilədi. Vacib qələbə qazandıq”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Kevin Medina Misli Premyer Liqasının 31-ci turunda “Neftçi” üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edərkən deyib.
O, məqsədlərinin hər oyunda qalib gəlmək olduğunu bildirib: “Dayanmadan məşqlərdə çalışırıq. Hər oyunda qalib gəlmək istəyirik. Yaxşı çıxış etdiyimizi düşünürəm. Heç vaxt dayanmırıq. Çempionluğa yaxın olsaq da, sona qədər eyni tempdə mübarizə aparacağıq. Çünki hər matç bizim üçün vacibdir”.
Kolumbiyalı müdafiəçi hədəflərinin “qızıl dubl” etmək olduğunu vurğulayıb: “Qarşıda bizi kubok oyunu gözləyir. Çox çətin qarşılaşma keçəcək. “Araz-Naxçıvan” yaxşı komandadır. Bizim üçün vacib görüşdür. Qalib gəlib finala yüksəlmək istəyirik. Məqsədimiz ötən il olduğu kimi, “qızıl dubl” etməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Medina son oyunlarda ehtiyatda qalmasına belə münasibət bildirib: “Bu, baş məşqçinin qərarıdır. Mən də hörmətlə yanaşıram. Məşqlərdə əlimdən gələni edirəm. Futbol belədir. Bəzən oynayırsan, bəzən isə öz vaxtını gözləməli olursan”.
O, gələcək karyerası ilə bağlı suala cavabında “Qarabağ”da qalmaq istədiyini söyləyib: “Qarabağ”da xoşbətəm. Niyə də komandada qalmayım? Azərbaycan futboluna bələdəm. Burada məni hər şey qane edir”.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər