"Barselona"nın baş məşqçisi Hans-Diter Flik oyun təqvimindən gileylənib.
QOL.az xəbər verir ki, o, La Liqanın 32-ci turunda keçiriləcək "Selta"ya qarşı matçdan öncə təşkil olunan mətbuat konfransında deyib:
“Siz bilirsiniz son həftələrdə neçə oyun keçirmişik? Bilirsiniz ki, biz "Real Valyadolid"ə qarşı da gec saatda oynayırıq? Biz çox gec çatırıq, ola bilər ki, futbolçular gecə saat dörd ya beşdə yatağa girirlər. Mən bəhanə gətirmək istəmirəm. Amma bu, burada baş verir və mən heç vaxt belə bir şeylə rastlaşmamışam. Hər liqa öz klublarını Çempionlar Liqasında, xüsusilə də yarımfinal mərhələsində qoruyur. Bu, inanılmaz bir şeydir.
Bizim istirahət etməyə vaxtımız yoxdur. Mən bu qərarları verən insanların üzlərinə baxmaq istəyirəm. Çünki onların bu işin necə olduğundan heç xəbərləri yoxdur. Heç bir anlayışları yoxdur.
Hər federasiya – Bundesliqa, Premyer Liqa və s. – öz klublarına qayğı göstərir, amma bizdə bu cür deyil. Sadəcə belə yanaşırlar: "Qoy oynasınlar, saat beşdə-altıda qayıtsınlar". Biz cəmi dörd saat yatmağa fürsət tapmışıq. Bu, inanılmazdır. Bu, ümumi İspaniya futboluna ziyan verir".
Qeyd edək ki, "Barselona" - "Selta" matçı sabah, Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi
Ronaldonun oğlu U-17 millisində debüt etdi
Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi
Portuqaliya millisindən ayrıldılar
“Xankəndi” tarixi oyuna hazırlaşır - Müsahibə
Lukaku milli karyerasını başa vurdu
Yassin Benzia bu kluba keçdi