Bu gün UEFA Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib.
QOL.az xəbər verir ki, bununla da bütün yarımfinalçıların adına aydınlıq gəlib.
"Latsio" ilk oyunda məğlub olduğu "Budo Qlimt"i qəbul edib və qələbə qazanıb. Ümumi hesab bərabərləşdiyi üçün penaltilər seriyası oynanılıb və "Budo Qlimt" daha dəqiq davranaraq mərhələ adlayıb. "Mançester Yunayted" 1 həftə əvvəl heç-heçə etdiyi "Lion"a əlavə vaxtda qalib gəlib. "Tottenhem" ilk görüşdə səfərdə bərabərə qaldığı "Ayntraxt"ı üstələyib. "Atletik" isə ötən həftə sülhə razılaşdığı "Reyncers" üzərində qələbə qazanıb.
Ümumi nəticələrə əsasən, "Mançester Yunayted", "Budo Qlimt", "Tottenhem" və "Atletik" yarımfinala yüksəlib. Bu mərhələdə "Budo Qlimt" "Tottenhem"lə, "Mançester Yunayted" isə "Atletik"lə üz-üzə gələcək.
Avropa Liqası, 1/4 final, ilk oyunlar
17 aprel
23:00. “Latsio” (İtaliya) - “Budo Qlimt” (Norveç) - 3:1, penaltilər seriyası - 2:3
Qollar: Katellanos, 21 (1:0), Noslin, 90+3 (2:0), Dia, 100 (3:0), Helmersen, 109 (3:1)
Qırmızı vərəqə: Helmersen, 120 ("Budo Qlimt")
İlk oyun - 0:2
23:00. “Mançester Yunayted” (İngiltərə) - “Lion” (Fransa) - 5:4
Qollar: Uqarte, 10 (1:0,) Dalot, 45+1 (2:0), Tolisso, 71 (2:1) Talyafiko, 78 (2:2), Şerki, 105 (2:3), Lakazet, 110-pen. (2:4), Fernandeş, 114-pen (3:4), Mayno, 120 (4:4), Maquayr, 120+1 (5:4)
Qırmızı vərəqə: Tolisso, 89 ("Lion")
İlk oyun - 2:2
23:00. “Ayntraxt” (Almaniya) - “Tottenhem” (İngiltərə) - 0:1
Qol: Solanke, 43-pen.
İlk oyun - 1:1
“Atletik” (İspaniya) - “Reyncers” (Şotlandiya) - 2:0
Qollar: Sanset, 45+4-pen; Uilliams, 80
İlk oyun - 0:0
Yarımfinal cütlükləri:
“Budo Qlimt” (Norveç) - “Tottenhem” (İngiltərə)
“Mançester Yunayted” (İngiltərə) - “Atletik” (İspaniya)
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?