Müqavilə ilə "Milan"a məxsus olan, hazırda "Qalatasaray"ın formasını geyinən Alvaro Morata qanunsuz platformalarda mərc oyunlarında iştirak etməsi ilə bağlı ittihamlara münasibət bildirib.
QOL.az xəbər verir ki, o, sosial şəbəkə hesablarındakı paylaşımında bu məlumatları təkzib edib:
"Mən haqqımda çıxan məlumatları gördüm və açıq şəkildə bildirmək istəyirəm ki, Nikolo Faqioliyə illər ərzində etdiyim yeganə şey ona bir dost kimi və daha təcrübəli biri kimi karyera məsləhətləri verməkdir. Mən onun vəziyyəti haqqında heç vaxt heç nə bilmirdim. Nikolonu çox sevirəm və ümid edirəm ki, o, tezliklə bütün səhvlərini düzəldə biləcək. Amma onun vəziyyəti ilə heç bir əlaqəm yoxdur. Təkrar edirəm, ortaya çıxan bütün məlumatları inkar edirəm, çünki yalandır".
Xatırladaq ki, “Yuventus”un futbolçusu, Moratanın dostu Nikolo Faqioli 2023-cü ilin oktyabrında qumar oynadığına görə 7 aylıq diskvalifikasiyaya məruz qalmışdı.
Mərc oyunları ilə əlaqədar şübhəlilərin yenilənmiş siyahısına Ueston Makkenni (“Yuventus”), Mattia Perin (“Yuventus”), Anhel di Mariya (“Benfika”), Leandro Paredes (“Roma”), Alessandro Florenzi (“Milan”), Nikolo Zaniolo (“Qalatasaray”) və bir sıra digər futbolçular da daxildir. Onların bəziləri onlayn poker və kazino oynadıqları üçün araşdırılıblar.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə