“Komanda olaraq hamı yaxşı oynadı. Meydanda fərdi yox, kollektiv şəkildə mübarizə apardıq”.
QOL.az xəbər verir ki, bu sözlər "Kəpəz"in futbolçusu Valdemar Almeydaya kljubun mətbuat xidmətinə açıqlamasında deyib.
Misli Premyer Liqasının 29-cu turunda “Sabah”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan danışan yarımmüdafiəçi bildirb ki, matça ciddi yanaşıblar: “Güclü, yaxşı rəqibə qarşı ağıllı oynadıq. Görüşə düzgün hazırlaşmışdıq. Göstərdik ki, biz varıq və daha yaxşısını edə bilərik”.
“Pana” ləqəbli futbolçunun qolu “Kəpəz”ə qələbə gətirib. O, fərqlənməsini uğurlu komanda işinin nəticəsi kimi qiymətləndirib: “Hər bir futbolçu qol vurmağı xoşlayır. Mənim üçün belə imkan yarandı və fürsətdən yararlandım. Fərqləndiyim və xüsusən də qolum komandaya qələbə qazandırdığı üçün sevincliyəm. Qol epizodunda hamının rolu var. Vəziyyəti komanda olaraq yaratdıq. Belə oynamağa davam etməliyik”.
33 yaşlı yarımmüdafiəçi komandasının elitada yerini qoruyacağına əvvəlcədən inandığını deyib: “Çempionatın əvvəlində vəziyyət olduqca mürəkkəb idi. Hamı söyləyirdi ki, “Kəpəz” bu mövsüm daha bacarmayacaq. Amma biz bunun əksini sübut etdik. Bunun üçün çox çalışdıq. İstəyimizə də nail olduq”.
Almeyda “Araz-Naxçıvan” ilə qarşıdakı oyuna da uğurlu nəticə üçün çıxacaqlarını söyləyib: “Növbəti oyun barədə fərqli düşünmürük. Qələbə qazanmaq istəyirik. Lakin bu, son oyunda olduğu kimi eyni ambisiya və əzmlə mümkün olacaq. Çünki “Araz-Naxçıvan” klubunun da yaxşı qurulmuş heyəti var. Çətin oyun gözləyir bizi. Üç xal qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı