"Sabah" sabiq futbolçusu və kapitanı Elvin Camalovla bağlı rəsmi açıqlama yayıb.
QOL.az xəbər verir ki, açıqlamada bildirildiyinə görə, “Sabah" FK-nın baş məşqçisinin son mətbuat konfransından sonra kluba bir çox müraciət daxil olub. Bu müraciətlər hazırda "Neftçi" FK-nı təmsil edən və "Sabah"ın keçmiş kapitanı olan Elvin Camalovun davranışı ilə bağlı vəziyyətin aydınlaşdırılmasını zəruri edir. Bununla əlaqədar olaraq, klub rəsmi mövqeyini açıqlamağı vacib hesab etdiyini bildirib.
Məlumatda qeyd olunub:
“Əlimizdə olan məlumata əsasən, Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Sabah" FK ilə "Neftçi" FK arasında baş tutmuş oyun ərəfəsində Camalov komandamızın futbolçularından biri ilə iki dəfə əlaqə saxlayaraq, ona cari mövsümün sonunda "Neftçi" FK-ya keçməyi təklif edib. Bu söhbətlər zamanı o, klubunun baş məşqçisinin marağını və həmin futbolçunun oyununa verdiyi yüksək qiyməti xüsusi vurğulayıb.
Bu təklif futbolçumuzun diqqətini çəkməyib və o, müraciətə soyuq reaksiya verib. Buna baxmayaraq, Camalov təkrar əlaqə saxlayaraq bu təklifdə israr edib. Bu isə onun hərəkətlərinin məqsədyönlü xarakter daşıdığını açıq şəkildə göstərir.
Xüsusilə vurğulamaq istərdik ki, sözügedən futbolçunun "Sabah" FK ilə mövcud müqaviləsi yalnız cari yox, növbəti mövsüm üçün də qüvvədədir. Şübhəsiz ki, uzun müddət komandamızın kapitanı olmuş Elvin Camalov bu vəziyyətdən xəbərdardır. Bu fakt isə onun hərəkətlərinin qəbuledilməzliyini daha da artırır”.
Açıqlamada həmçinin bildirilib: “Biz bu cür davranışı peşəkar etika və futbolçuların statusu və transfer qaydalarının ciddi şəkildə pozulması kimi qiymətləndiririk. Eyni zamanda, bunu ədalətsiz rəqabət nümunəsi hesab edirik. Ən diqqətçəkən məqam isə odur ki, bu cür ünsiyyət cəhdləri məhz Azərbaycan Kubokunun yarımfinalında "Sabah" FK və "Neftçi" FK-nın qarşılaşacağı məlum olduqdan sonra baş verib. Üstəlik, sözügedən futbolçunun komandamızın əsas oyunçularından biri olmasını nəzərə alaraq, bunu idmançının diqqətini yayındırmaq və həlledici oyunlar ərəfəsində ona təzyiq göstərmək cəhdi kimi qiymətləndiririk.
Əgər oyunçuya maraq həqiqətən peşəkar çərçivədə olsaydı, "Neftçi" FK rəsmi şəkildə "Sabah" FK və ya futbolçunun nümayəndələri ilə əlaqə saxlayardı. Bunun əvəzinə, bu proses qeyri-rəsmi formada, keçmiş komanda yoldaşı vasitəsilə və rəsmi prosedurlar nəzərə alınmadan həyata keçirilib. Bu isə niyyətin səmimiliyi ilə bağlı ciddi şübhələr doğurur.
"Sabah" FK artıq Elvin Camalovun hərəkətlərini qaydaların pozulması kimi dəyərləndirərək, bu barədə AFFA-ya rəsmi müraciət ünvanlayıb. Biz Azərbaycan futbolunda bu kimi mənfi halların, o cümlədən potensial danışılmış oyunların qarşısının alınması istiqamətində AFFA-nın səylərini tam şəkildə dəstəkləyirik.
Bununla yanaşı, "Sabah" FK bu bəyanatdan əvvəl "Neftçi" FK rəhbərliyi ilə əlaqə saxlayıb. İki klub arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər mövcuddur. Ümid edirdik ki, oyunçu məsuliyyəti öz üzərinə götürərək baş verənlərə görə üzr istəyəcək və məsələ ictimai müzakirəyə çıxarılmadan həll ediləcək. Bu məqsədlə açıqlama verilməmişdən öncə kifayət qədər vaxt tanındı. Lakin cavabın olmaması səbəbindən klub, futbol ictimaiyyətində rezonans doğuran bu hadisə ilə bağlı rəsmi açıqlama verməyə məcbur oldu.
"Sabah" FK daim ədalətli rəqabəti, klublar arasında şəffaf münasibətləri və mövcud müqavilələrə hörmət göstərilməsini müdafiə edir. Şəffaf və dürüst rəqabət prinsiplərinə əməl etməyin bütün futbol ictimaiyyətinin ortaq məqsədi olmasına inanırıq”.
"Fənərbaxça"dan qələbə
“Sabah”ın Çempionlar Liqasında ilk məğlubiyyəti
"Qalatasaray"la matçdan öncə doğma meydana qayıdırlar
FİFA-dan DÇ-2030-la bağlı qərarın dəyişdirilməsi istənildi
"Qarabağ" asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
Vozinyaya xüsusi icazə verildi
Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
"Salahı ala bilmədik yox, almadıq" - "Beşiktaş" prezidenti
UEFA -nın 2027-ci il konqresinin məkanı açıqlandı
"Orhus" - "Sabah": Heyətlər
Mudrik qayıtdı, "Çelsi" uduzdu
"Kəpəz" qapıçısını komandada saxladı
Azərbaycanda 2 klubun adı dəyişdirildi
“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur” - Milevski
Milan derbisində heç-heçə
Premyer Liqa klubundan rekord məbləğdə transfer
"Qarabağ" Polşaya yollandı - Şəkillər
2-ci liqada yeni mövsümün püşkü atıldı
Azərbaycan yığması UEFA turnirində iştirak edəcək
Oyun zamanı ildırım düşdü, bir futbolçu həyatını itirdi
"Real" futbolçusunu icarəyə verdi
Qurban Qurbanov tənqidlərə belə cavab verdi - Video
"Kəpəz"də yeni müqavilə
Braziliyada oyuna tutuquşu hücumu - Video
"Sumqayıt" Braziliyadan daha bir oyunçu gətirdi
Koxalski və Şahruddinlə bağlı suallara belə cavab verdi
Zakaria Savonu "Qarabağ"ın oyunlarında kim əvəzləyəcək?
"Napoli"dən "Bayer"ə
Fildişi Sahili millisində yeni baş məşqçi
Məhəmməd Salah: “Bizə hər yer Trabzon!” - Video
"İnter"dən Çalhanoğlu qərarı
Zamiq qayıtdı və Avroliqa oyununa çıxdı
"Orhus" - "Sabah" oyunu bu kanalda
"FİFA-ya qadının rəhbərlik etməsinin vaxtı çatıb" - Blatter
“Sabahın Ulduzları”: "Şəfa" getdi, bu komanda gəldi
Modriç "Milan"la müqaviləni niyə uzadıb?
“Trabzonspor” açıqladı: Salah bu gün gəlir
“Mənim oyuncaqlarım” - Ronaldo avtoparkını göstərdi
Çempionlar Liqasında 8 oyun keçirildi
"Daha güclü "Turan Tovuz" görəcəyik" - Ehtiram Quliyev
"Trabzonspor" Salahla razılaşdı
"Rəqibi yaxşı tanıyırıq" - Valdas Dambrauskas