“Kəpəz”in kapitanı Yeqor Xvalko Azərbaycan çempionatının səviyyəsi ilə bağlı fikirlərini bildirib.
QOL.az xəbər verir ki, o, bu barədə Belarusun football.by saytına deyib:
"Səviyyə haqqında danışmaq istəməzdim, çünki Belarusdan üç il əvvəl getmişəm. Hər həftəsonu liqanı izləsəm də, müqayisə etmək düzgün olmaz. Buraya gəldikdə tez alışdım. Yadımdadır, "Arsenal"da BATE-yə qarşı oynayırdım (biz o zaman qalib gəlmişdik), amma artıq iki həftə sonra "Kəpəz"də "Zirə"yə qarşı meydana çıxdım. Çətin oldu, dürüst desəm, sanki başqa səviyyədə müqavimət vardı. Amma bir neçə oyundan sonra sürətə alışdım — buradakı sürət Belarusdan yüksəkdir. Həm də legionerlər arasında fərq var, burada onların keyfiyyəti daha yüksəkdir. Bu, əlbəttə, pulla bağlıdır. Klublar daha bahalı xarici oyunçuları dəvət edə bilirlər.
Həmçinin oxuyun: “Elə heç-heçələr Azərbaycanda ciddi nəticə sayılmır”
İnfrastruktur… Bizim stadion tikilir — hər şey TOP səviyyədə olacaq. İki təbii meydanımız var, hər gün qayğısına qalınır. Çox yaxşı keyfiyyətdədirlər. Qışda da orada çalışırıq, amma bu il mənfi temperaturda, elə bil ki, heç olmamışdı. Lakin bizim kimi bazalar hər klubda yoxdur. Bəzi klublar Bakıdadır və orada Olimpiya Stadionunda məşq edirlər, bir neçə stadion var. "Turan"ın bazasından danışmışdım. "Neftçi"nin çox yaxşı bazası var, süni və təbii meydanlar, yaxşı otaqlar, əyləncə otaqları. Ümumiyyətlə, bütün komandaların işləyə biləcəyi şərait var. Normal şəraitdir".
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi
Ronaldonun oğlu U-17 millisində debüt etdi
Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi
Portuqaliya millisindən ayrıldılar