“Neftçi”nin müdafiəçisi Azər Salahlı Misli Premyer Liqasının 27-ci turunda “Səbail”i 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Gərgin keçən oyunda 3 xal qazandınız. Qələbəni necə şərh edərdiniz?
- Süni meydanda oynamaq bir az ağır olur. Üstəlik, oyun bir qədər erkən saatda idi. Hava da isti idi. Bütün bunlara baxmayaraq, qələbə qazandığımız üçün sevincliyik.
- Bəzi futbolçuların oruc tutması çıxışınıza təsir göstərdi?
- İsti hava şəraitinə uyğunlaşmaq bir qədər çətin idi. Eləcə də bəzi futbolçularımız oruc tutmuşdular. Buna baxmayaraq, verilən tapşırığın öhdəsindən gələ bildik.
- Yarım saatın tamamında 2:0 hesabı ilə öndə idiniz. Sonradan nə baş verdi ki, üstünlük “Səbail”in tərəfinə keçdi?
- Oyuna çox yaxşı başladıq. Ardıcıl qollar vurduq. Sonra yenə də fərqlənə bilərdik. Bunun üçün imkanlarımız da var idi. Təəssüf ki, onları dəyərləndirə bilmədik. Rüfət Abdullazadə birinci hissənin sonuna yaxın gözəl qol vurdu. Ondan sonra təşəbbüs rəqibə keçdi. Bununla belə, çətin də olsa, qələbə hesabını sona kimi qoruya bildik.
- Ölkə çempionatında 12 günlük fasilə yaranır. Nəzərə alsaq ki, hazırda “Neftçi” pis formada deyil, bu məqam komandanıza mənfi təsir göstərməyəcək?
- Çalışacağıq ki, tempi qoruyaq, daha da yaxşı hazırlaşaq. Fasilədən sonra kubok matçları da olacaq. Ümumiyyətlə, sıx qrafikdə oynayacağıq. Buna hazır olmağa çalışacağıq.
- Fasilədən sonrakı ilk matçınız “Araz-Naxçıvan”a qarşıdır. Hansı ki, bu komandaya qarşı oyunlarınız yaxşı alınmır...
- “Araz-Naxçıvan” hazırda üçüncü pillədə gedir. Odur ki, bizi gərgin oyun gözləyir. Ümumiyyətlə, çempionatda asan rəqib yoxdur. Hər komandaya qarşı oynamaq çətindir. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.
- Ölkə kubokunda yarımfinalda “Sabah”la qarşılaşacaqsınız. Gözləntiləriniz nədir?
- Çətin olacaq təbii ki. Hədəfimiz hər oyunda qələbə qazanmaqdır. Çempionatda da, kubokda da. Bütün gücümüzü qoyacağıq ki, finala yüksələk.
- Demək olar ki, “Neftçi” üçün kubok avrokuboklara yollanmaq baxımından son şansdır?
- Düz qeyd etdiniz, kubokdan Avroliqaya getməyimiz bir qədər asan görsənir. Bunun üçün çalışacağıq.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi