Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları start götürüb.
QOL.az xəbər verir ki, 1-ci oyun günündə 4 matç keçirilib. Bununla da pley-offdan 1/8 finala adlayan ilk 4 komanda müəyyənləşib.
Ötən həftə səfərdə "Feyenoord"a uduzan "Milan" Niderland klubu ilə bu dəfə evdə qarşılaşıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb. Bununla da "Milan" ÇL-də mübarizəni dayandırıb.
"Bavariya" ilk matçda məğlub etdiyi "Seltik"lə doğma meydanda üz-üzə gəlib. Münhen təmsilçisi 90+4-cü dəqiqəyədək məğlub durumda olsa da, sonda hesabı bərabərlədirərək mərhələ adlamağı bacarıb.
Həmçinin "Brügge" və "Benfika" da 1/8 finala vəsiqə qazanıblar. "Benfika"nın cavab matçındakı 3 qolundan 2-ni türk futbolçular vurublar. 22-ci dəqiqədə Kerem Aktürkoğlu, 84-cü dəqiqədə isə Orkun Kökçü fərqlənib.
Qeyd edək ki, pley-offun digər 4 oyunu sabah keçiriləcək. Mərhələnin qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
18 fevral
21:45. "Milan" (İtaliya) – "Feyenoord" (Niderland) - 1:1
Qollar: Ximenez, 1 - Karranza, 73
Qırmızı vərəqə: Hernandez, 51 ("Milan"), Read, 90+7 ("Feyenoord")
(İlk oyun - 0:1)
00:00. "Benfika" (Portuqaliya) – "Monako" (Fransa) - 3:3
Qollar: Aktürkoğlu, 22, Pavlidis, 76-pen; Kökçü, 84 - Minamino, 32, Seqir, 51, İllenihena, 81
(İlk oyun - 1:0)
00:00. "Atalanta" (İtaliya) – "Brügge" (Belçika) - 1:3
Qollar: Lukman, 46 - Talbi, 3, 27, Yotqla, 45+3
Qırmızı vərəqə: Toloi, 87 ("Atalanta")
(İlk oyun - 1:2)
00:00. "Bavariya" (Almaniya) – "Seltik" (Şotlandiya) - 1:1
Qollar: Deyvis, 90+4 - Kun, 63
(İlk oyun - 2:1)
19 fevral
21:45. “Borussiya” (Dortmund, Almaniya) - “Sportinq” (Portuqaliya)
(İlk oyun - 3:0)
00:00. PSV (Niderland) - “Yuventus” (İtaliya)
(İlk oyun - 1:2)
00:00. PSJ (Fransa) - “Brest” (Fransa)
(İlk oyun - 3:0)
00:00. “Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)
(İlk oyun - 3:2)
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda