"Sabah" klubunun yeni qapıçısı, Qazaxıstan millisinin futbolçusu Stas Pokatilov ölkəsinin "Sport+" telekanına müsahibə verib.
QOL.az xəbər verir ki, o, yeni klubuna keçidi və digər mövzularla bağlı sualları cavablandırıb.
- Stas, öncə “Sabah”a keçidindən danış. Klubla bağlı variant necə yarandı?
- Deyə bilərəm ki, bütün dekabrı və yanvarın əvvəlini danışıqlara sərf etmişəm. Əvvəlcə “Aktobe” ilə danışıqlar aparılsa da, baş məşqçi başqa qapıçıya üstünlük verdiyi üçün alınmadı. Sonra “Sabah”ın rəhbərliyi mənimlə əlaqə saxladı və mən onlarla danışıqlara başladım. Təxminən bir həftə ərzində ümumi razılığa gəldik və əməkdaşlığa başladıq.
- Əvvəllər Türkiyə və Litva çempionatlarının klublarının sizə maraq göstərməsi ilə bağlı xəbərlər yayılmışdı. Niyə Azərbaycanı seçdiniz?
- Düzünü desəm, belə marağın olduğunu ilk dəfə sizdən eşidirəm.
- “Sabah”ın baş məşqçisi Vasili Berezutskidir. Onun şəxsiyyətini keçiddə əsas amil adlandırmaq olarmı?
- Bəli, əlbəttə ki, Vasili Berezutski iddialı və perspektivli məşqçidir və hər halda onunla işləməkdə maraqlı olacağam. Amma yəqin ki, transferimdə əsas amil qapıçılar üzrə məşqçi Aleksey Antonyukdur. Mənə məhz onunla işləməkdə maraqlı olacaq. Çünki bir qapıçı kimi onunla daha çox ünsiyyət quracağam. Aleksey Valeriyeviçlə mən Bakıya gəlməzdən əvvəl əlaqə saxladıq. Onun birgə işimizə və gələcək planlarımıza baxışı çox xoşuma gəldi.
- Mətbuat yazır ki, “Sabah” sizi icarəyə götürüb. Belə çıxır ki, "Tobol"la aktiv müqaviləniz var?
- Xeyr, “Tobol”la müqaviləm bitib və "Sabah"a azad agent kimi keçmişəm.
– Qışda "Kayrat"ın sizi geri qaytarmaq istədiyi barədə məlumat var idi. Almatı klubu ilə danışıqlar olubmu?
- Heç kim mənimlə əlaqə saxlamayıb, zəng etməyib. Mən "Kayrat"la danışıqlar aparmamışam.
- Yeni klubunuzun bu mövsüm hədəfləri nədən ibarətdir?
- Mən bu barədə hələ heç kimlə danışmamışam. Çünki kluba cəmi bir neçə gündür qoşulmuşam. Amma eşitdiyimə görə, onların məqsədləri avrokuboklarda oynamağa imkan verən yeri tutmaq və Azərbaycan kubokunu qazanmaqdır.
– Sizcə, transferiniz milli komandada 1 nömrə olmaq perspektivinizə hansısa şəkildə təsir edəcək?
- Təbii ki, çox şey mənim oyunumdan və hansı formada olmağımdan asılı olacaq. Gələcəkdə, əlbəttə ki, bu, Stanislav Salamoviç Çerçesovun rəhbərlik etdiyi məşqçilər korpusunun qərarı ilə müəyyənləşəcək. Qeyd edim ki, millidə heç kimə start heyətdə yer zəmanəti verilmir. Hər halda, məşqçilər korpusu milliyə kömək etməyə hazır olduğumu hesab etsə, şad olaram.
- Klubda əsas heyətdə üçün əsas rəqibiniz Azərbaycan millisinin qapıçısı Yusif İmanovdur. Kluba yeni qoşulduğunuzu nəzərə alsaq, onunla rəqabət aparmaq şansınızı necə dəyərləndirirsiniz?
- Sağlam rəqabət heç vaxt heç kimə zərər verməyib. Şanslarımı qiymətləndirmək düzgün olmaz. Meydanda tam gücünü nümayiş etdirəcəyəm ki, əsas heyətdə oynamağa layiqəm. Amma bayaq qeyd etdiyim kimi, son qərarı məşqçilər korpusu verir.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi