"Bu, ilin ilk Avroliqa oyunudur. Matça tam hazır olmaq bizim üçün çox vacibdir. Demək olar ki, çox hazırlaşmamışıq. Bəzi problemlərimiz var. Amma bilirik ki, çox istəkli bir komandaya qarşı çıxış edəcəyik. Avroliqada çox yaxşı nəticələr əldə ediblər. Rumıniya futbolu həmişə öz ciddiliyi, sərtliyi ilə seçilib. Sabah biz çox vacib bir mübarizəyə hazır olmalıyıq. Demək olar ki, hazırıq. Çalışacağıq ki, öz oyunumuzdan əl çəkməyək və azarkeşlərə gözəl oyun göstərək. Çox istəyirik ki, vacib qələbən qazanaq".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda sabah Bakıda FCSB-yə qarşı keçirəcəkləri matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, görüş haqqında ümumi fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:
- Komandada itkilər var. Sabahkı matçda bu itkilərə görə hansısa taktiki dəyişikliklər edəcəksinizmi?
- Elə ciddi bir dəyişikliyimiz olmayacaq. Çünki bütün futbolçularla eyni tərzdə məşq edirik. Düşündüklərimizi meydanda göstərməyə çalışırıq. Sadəcə ola bilər ki, xırda dəyişikliklərə yol verək. Bəlkə hücumun qurulmasında, bəlkə də hücumun başlanmasında. Amma ümumilikdə illərdir hansı sistemdə oynayırıqsa, onu daha da yaxşılaşdırmağa çalışırıq. Sabahkı görüşdə ilk dəqiqələrdə meydanda olmayacaq və ya ümumiyyətlə matçda iştirak etməyəcək futbolçularla da səhvlərimiz çox olub. Sadəcə biz həmin səhvləri sabahkı matçda etməməliyik. Çünki rəqib komanda hətta xırda səhvi belə bağışlamır. Ona görə də bəzi məqamlara çox diqqət ayırmalıyıq.
- FCSB-nin klubun prezidenti Cici Bekali öz açıqlamasında bildirib ki, "Qarabağ"ı məğlub edəcəyik. Buna münasibətiniz necədir?
- Normaldır. Bu idmandır. Əlbəttə ki, hər bir rəqibin rəhbəri, məşqçisi, futbolçusu istənilən açıqlamanı verə bilər. Hərə bir tərzdə danışır. Biz də bu komandanı məğlub etmək istəyirik. Bu cür açıqlamalara normal yanaşıram.
- Liqa mərhələsindəki rəqibləriniz müəyyənləşəndə FCSB ilə bağlı nə düşündünüz? Bu komandanın hazırkı mövqeyi sizin üçün təəccüblüdürmü və FCSB-ni güclü bir komanda hesab edirsinizmi?
- Xüsusi bir fikrim olmamışdı. Mən bütün komandalara ciddi yanaşıram. Heç bir rəqib arasında fərq qoymuram. Sadəcə olaraq hazırlıqda, oyunun gedişatında xırda dəyişikliklərim olur. Bu komandanın nəticələrini də normal sayıram. Məncə, göstərdikləri oyuna, məsuliyyətlərinə görə haqlı nəticələri var.
- Sizcə, FCSB-nin ən güclü tərəfi nədir?
- Futbol kollektiv oyunudur. Kollektiv oyunu təkmilləşdirmək istənilən komanda, məşqçi üçün çətindir. Amma FCSB-nin ən üstün cəhəti də odur ki, həm müdafiədə, həm də hücumun gedişatında hamı çox sadə və kollektiv bir şəkildə oyun nizam-intizamını sonadək qoruyub-saxlaya bilir.
- Bir neçə gün əvvəl "Qarabağ"ın fəxri prezidenti Abdolbari Gozal dünyasını dəyişdi. Onun vəfatı klub daxilində hansı ab-havanı yaradıb?
- Həm "Qarabağ", həm də Azərbaycan futbolu üçün ağır bir itkidir. Onun "Qarabağ"ın hətta, mənim, Azərbaycan futbolunun üzərində çox böyük haqqı var. Abdolbari Gozal elə bir şəxs idi ki, hər bir addımı düşünərək edirdi. "Qarabağ" Futbol Klubunun uğuru üçün ürəkdən və sevərək işlər görürdü. Belə bir insanın vəfatı hər birimiz üçün böyük itkidir. Klubda çox məyusluq var. Çalışırıq ki, futbolçularımızı oyuna tam hazırlayaq. Amma nə qədər etsək də, yəqin ki, bunu hələ çox görəcəyik. Allah ona rəhmət etsin.
- Pley-off şanslarını qorumaq üçün sabahkı oyunda qələbə qazanmaqdan başqa yol yoxdur. Bu məqam komandada hansısa psixoloji təzyiq yaradırmı?
- Əlbəttə ki, qələbə üçün hazırlaşırıq. Amma bu görüşdə uduzsaq, heç bir uğura nail olmayacağıq deyə çox dərinə getmək də lazım deyil. Çünki futbolda bizim əldə etdiyimiz kiçik uğurları qazanmaq asan deyil. Qələbə üçün hazırlaşmışıq. Amma Sadəcə qarşımızdakı rəqibi də nəzərə almaq lazımdır. Asan bir rəqib deyil.
- Görüşün hakimi ilə bağlı Rumıniyada çox böyük narazılıq var. Onun qəddarlığı ilə seçildiyini deyirlər. Xüsusilə, son matçlarda xeyli penalti təyin edib və vərəqələr göstərib. Bununla bağlı komandaya tapşırıqlar vermisinizmi?
- İndi bu məsələ haqda düşünməməyimiz daha yaxşı olar. Hələ oyun öncəsi futbolçularımızı psixoloji baxımdan buna yönləndirmək düzgün deyil. Amma hər bir matçdan əvvəl futbolçulara məlumat verilir ki, hansı hakim nəyə diqqət ayırır, nəyi cəzalandırır. Hətta epizodlar belə göstərilir.
- "Qarabağ" rumıniyalı məşqilərin komandalarına qarşı oynayıb. Məsələn, Laaurentsiu Regekampf, Mirça Rednik, Adrian Mutu... Sizcə, onlardan hansı daha güclüdür?
- Mən buradan onların hər birini salamlayıram. Onlara qarşı oynamaq mənim üçün xoş olub. Futbolda böyük adlardır. Hansının daha üstün olduğunu demək düzgün çıxmaz. Amma Rednikə qarşı matçlarımız daha maraqlı keçirdi. Lakin hər bir halda onlar böyük imzalardır.
- 16 ildir ki, "Qarabağ"ın baş məşqçisisiniz. Bu, Rumıniyada çox böyük müddətdir. Adətən, 2 il sonra baş məşqçi dəyişikliyi edilir. Siz rumıniyalı məşqçilərə hansı məsləhətləri verərsiniz ki, komandalarında belə uzun müddət qalsınlar?
- Bəlkə də Rumıniyada məşqçilər çoxdur deyə belə tez-tez dəyişikliklər edirlər. (Gülür). Özüm barədə danışmayacağam.
“Mançester Siti”nin qapıçısı klubdan ayrıla bilər
"Bu, komandamıza yaraşan bir hərəkət deyil" - Rəşad Sadıqov
"Turan Tovuz"un qələbəsindən - Video
Azərbaycan kubokunda ilk iki 1/4 finalçı müəyyənləşdi
Vinisiusun müqavilə danışıqları yenə uzadıldı
“Arsenal” zədə problemlərinə görə Maynoya yönəldi
“Neftçi”nin baş məşqçisi vəzifəsinə daha bir namizəd
"Real"ın futbolçusu yenidən sıradan çıxdı
“Ayaks”ın yarımçıq qalan oyunu başa çatdı
"Xankəndi", "Şəmkir" və "Ağdaş"dan evdə qələbə
Millimiz FİFA turnirinin qalibi oldu
İspan mətbuatı Ardanı niyə tənqid edir?
Superliqa klubunda yeni baş məşqçi
"Zirə" - "Neftçi": Heyətlər
Kurban Berdiyevdən Ayxan Abbasova cavab
Azərbaycan idmançılarının yeni reytinq sıralaması
Azarkeş hücumundan sonra oynamaq istəmirlər
"Qarabağ"a qol vuran futbolçu mövsümün ən yaxşısı seçildi
İngiltərə millisinin sabiq üzvü həbs edildi
İbrahimoviç Olimpiadanın məşəldarı oldu
Bundesliqa klubu baş məşqçi ilə yolları ayırdı
"Şahdağ Qusar" - "Turan Tovuz": Heyətlər açıqlandı
Koxalski qışda "Qarabağ"dan ayrılırmı?
Azərbaycan boksçuları dünya kubokunda mübarizə aparacaqlar
Gökhan Gönül saxlanıldı
Lamin Yamal: “18 yaşlı gənc kimi yaşaya bilmirəm”
Arda Turan özündən çıxdı, rəqibin üzərinə getdi - Video
Fransa klubunun azarkeşləri oyunçularını döydülər
"Golden boy"un qalibi oldu
Abubakar Afrika Millətlər Kubokundan kənarda qaldı
"Real"dakı gərginliyin səbəbi müəyyənləşdi
Tiaqo Silvanın oğlundan ilk peşəkar müqavilə
Renat Dadaşovun komandasından heç-heçə
"Qaradağ Lökbatan" - "Dinamo" matçında 5 qol - Video
İstanbul derbisində heç-heçə - 90+5-də bərabərlik qolu
Rusiyada 6 medal
İmamverdiyev 1, Cəfərov 3 qol vurdu - Video
La Liqada ayın ən yaxşı baş məşqçisi açıqlandı
İstanbul derbisinin heyətləri açıqlandı
Millimizin baş məşqçisi Banqladeşlə oyundan danışdı