"Neftçi"nin baş məşqçsi Samir Abasov Misli Premyer Liqasının 19-cu turunda "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra açıqlama verib.
QOL.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında futbolçularının istəksiz olması fikrinə münasibətini bildirib:
"Əvvəlcə onu deyim ki, matça qalibiyyət üçün çıxmışdıq və bunun üçün hər şey edirdik. Ümidli idik və yaxşı motivasiya ilə çıxmışdıq. Yadınızdadırsa, Qəbələ toplanışında "Neftçi TV"yə müsahibə verdim. Orada qış toplanışının möhtəşəm keçdiyini vurğuladım. Ondan sonra da bu oyuna çox ümidli çıxmışdıq. Açığı, bu gün məğlub olsaydıq, deməyə söz tapmazdım. Amma inanmıram ki, futbolçular çəkinirdilər. Əksinə, düşünürəm ki, qol buraxandan sonra vurursansa, daha ruhlanırsan. Bəzi oyunçularda bu sezilə bilər. Biz nə qədər də qabağa atılmaqlarını istəsək, bunların fiziki gücləri, edə biləcək şeylər var. Futbolçu bunu hiss edir. Deməzdim ki, onlar qələbə qazanmaq istəmirdilər və ya 1 xal üçün oynayırdılar. Sadəcə biz onların yanında olmalıyıq ki, bilək, həmin anda nələri hiss edirdilər.
Bəzi futbolçularda qorxu ola bilər. Bəlkə, bura qədər məğlub olduqlarımız anlar ağıllarına gəlib. Bu haqda hələ onlarla danışmamışam, amma, düşünürəm, maraqlı oyun oldu. Qol epizodları çox olmasa da futbolçularım sağ olsunlar. İşimiz həddindən artıq çoxdur. Oyunun içində nizam-intizamı düzəltmək, psixoloji məqamları aradan qaldırmaq, "Neftçi" adına hücum etmək... Bu işlərimizin əhatəsi böyükdür. Bunlar bir neçə günlə düzəlməyəcək.
Amma bugünkü oyunda olan intizama görə minnətdaram. Kimin harada olmağı lazımdırsa, edirdilər. Bizim rəqibə çox qol epizodları verməməyimiz də yaxşı məqamdır. Əvvəlki oyunlarda qapımıza daha çox zərbələr və qollar olurdu. Pis tərəfimiz odur ki, hücumlarda daha da kəsərli olmalıyıq. Aradan qaldıracağıq. İşimizi bugünkü və ya gələn həftə olacaq oyunlara bağlamıram. Uzun müddət gördüyümüz iş keçməlidir ki, problemlər düzəlsin və futbolçular tempə dözsünlər, oyunu diktə etsinlər. Buna nail olmaq üçün fiziki gücün, genetikan - hər şeyin yerində olmalıdır. Bu gün bu problemləri aradan qaldıra bilmədiksə, sabah edəcəyik".
Mütəxəssis qeyd edib ki, qış toplanışında yoxlama oyunlarının keçirilməməsi problemlərə təsir olmayıb: "Qış toplanışına qədər 18 oyun oynayan komandada bu problemlər düzəlməyibsə, 2 yoldaşlıq görüşü ilə də düzələn deyil idi. Yoldaşlıq görüşlərini niyə oynamadığımızı demişdim, planlar üst-üstə gəlməmişdi. Amma biz hər şeyi həmin toplanışa bağlayırıqsa, komandadan razıyam. Orada işlədiyimiz bir çox şeyi bu gün görə bildik. Bu cür problemlər yoldaşlıq görüşləri ilə düzələn deyil. Qələbə qazanmalısan ki, özünə güvənin qayıtsın, daha da rahat oynayasan. Bu gün rəqibin yaratdığı epizodları analiz etsək görəcəyik ki, onlar biz özümüz verdiyimiz toplardan sonra olub. Bu, oyunçular rahat olsalar və təzyiqə öyrəşsələr düzələcək. Amma öyrəşməyiblər. Biz bunların hamısını keçməliyik. Vəziyyətin düzələcəyinə inanıram".
Samir Abasov "Rəhbərliyə komandanın yaxşılaşması ilə bağlı müəyyən qədər vaxt demisiniz?" sualına belə cavab verib:
"Mənə müəyyən qədər vaxt lazım olduğunu rəhbərliyə deməmişəm. Bu klubda futbolu anlayan tək mən deyiləm. Elə bir şey yoxdur ki, təkcə mən deyən düzdür. Demək istəyirəm ki, onlar da çox yaxşı anlayırlar və vəziyyəti başa düşürlər. Biz də onları başa düşməliyik ki, "Neftçi"də olan bu qədər məşqçi dəyişikliyi yaxşı oyuna nail olmaq üçün edilmişdi. Hamı istəyir ki, komandası yaxşı oynasın, mən də istəyirəm. Amma bəzən kimdəsə alınmır. Məsələn, mənə "Dominant "Neftçi"ni nə vaxt görəcəyik?" sualını verən insanlar öz verilişlərində, mən olmayanda futbolçularım haqda hər söz deyirlər. Kimsə üçün müəyyən tərzdə oynaya bilmədiyini deyirlər. Əgər bunları siz özünüz deyirsinizsə, dominant oyunu necə qura bilərik? Demirəm ki, onların futbolçularım haqda dedikləri düzdür. Amma sadəcə belə sual yaranır onların sözlərinə.
Dominant futbol oynamaq üçün uzun proses keçməlisən. Bu da kökə, ilin əvvəlindən gördüyün işə bağlanır. Komanda kimi möhkəm dayana bilməlisən. Ondan sonra bilinəcək ki, bu, "Neftçi"nin oyunudur. Bugünkü oyunu yaxşı oyuna bağlayırıqsa, mənim narazı olduğum şeylər var. Daha çox şeyləri tələb edirik. Tələb edəndə də, anlamaq lazımdır ki, hazırkı məqamda bu futbolçu bunu edə bilərmi? Gəlin, açıq danışaq. Bizdən yuxarıda yerləşən komandalar bir-biriləri ilə oynayanda hansı dominant oyun göstərir? "Qarabağ"ı çıxmaq şərti ilə, çünki orada artıq sistem var. Digər klublar isə hansısa matç yaxşı oynaya bilər. Amma kimdir dominant? Nəyə dominant deyirsiniz? Mən anladığım dominant futbolu bir günlə düzələn deyil. Dominant oynamaq üçün kökün olmalıdır. O qədər yaxşı komanda qurmalısan ki, bura gələn bilsin ki, sənin oyunundur. Bu da 2-3 aydan bir dəyişilən məşqçilərlə düzələsi deyil".
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"
Qurban Qurbanov məğlubiyyətdən sonra: “Gecikdik”
“Qarabağ” avrokuboklarla vidalaşdı
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat
“Qarabağ” növbəti transferlərini açıqladı
Acun Ilıcalının komandası yeni oyunçu ilə gücləndi
“Fənərbaxça” və “Qalatasaray” hansı rəqiblərlə qarşılaşacaq?
“Futbolçulara robot kimi yanaşılır”
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
“Karvan-Yevlax”dan növbəti transfer