Bu gün keçirilən daha 3 oyunla Premyer Liqada 29-cu tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, ilk "altılıq" komandalarından əvvəlcə "Qarabağ"la "Bakı" komandaları üz-üzə gəlib.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda təşkil olunacaq matçda Ağdam komandası qələbə qazanacağı halda, ikinci pilləyə yüksələcəkdi. Lakin "Qarabağ" məğlubiyyətdən çətinliklə yaxa qurtarıb. İlk yarının ortalarında Zaur Həşimovun avtoqolu və Vaqif Cavadovun qolları "Qarabağ"ı hesabda geri salıb - 0:2. Bundan sonra Qurban Qurbanov müalicə olunmaq üçün getdiyi Türkiyədən yenicə qayıdan Rəşad Sadıqovu meydançaya buraxıb. Bu əvəzləmədən sonra ağdamlılar oyundan dönüş edə biliblər. İkinci hissənin əvvəllərində Georgi Adamiya fərqi azaldıb. Bu, Adamiyanın Premyer Liqada 14-cü qolu olub. Son dəqiqələrdə isə Admir Teli bərabərlik qolunu vurub. 2:2 hesablı heç-heçə "Qarabağ"ın çempionluq üçün nəzəri şanslarını saxlayıb.
İkinci "altılıq"dakı "Turan" - "Muğan" matçının nəticəsi "Simurq"un Premyer Liqanı tərk etməsini rəsmiləşdirə bilərdi. Bunun üçün "Turan" qələbə qazanmalı idi. Lakin qonaqlar daha inamlı çıxış edərək, qələbə qazanıblar. Yeganə topu ilk yarının sonlarında Taqim Novruzov vurub.
Günün əsas maraq doğuran qarşılaşması AZAL-la "Neftçi" arasında baş tutub. Bakının Şüvəlan qəsəbəsindəki AZAL stadionunda təşkil olunan görüşdə "Neftçi" qələbə qazanaraq, 6 ildən sonra çempionluğunu rəsmiləşdirib. "Xəzər Lənkəran"ın "İnter"lə matçda xal itkisindən sonra flaqman sona 3 tur qalmış qızıl medalları təmin edib. Gərgin keçən görüşdə "Neftçi"dən Flavinyo, Emil Mpenza və Rail Məlikov, AZAL-dan isə Aqil Nəbiyev zədələnərək, oyunu vaxtından əvvəl tərk edib. Bundan əlavə, sona 4 dəqiqə qalmış meydan sahiblərinin futbolçusu Robert Petrov hakimə qarşı kobudluğa görə qırmızı vərəqə alıb. Hesabı isə oyunun əvvəllərində "Neftçi"nin yarımmüdafiəçisi Cavid Hüseynov açıb. Tezliklə AZAL-ın latviyalı müdafiəçisi Ritus Krjauklis topu öz qapısına vurub. İlk yarını 2:0 hesablı üstünlüklə tamamlayan "Neftçi" ikinci hissənin sonlarında üçüncü qolu vurub. Bu dəfə Rodriqinyo fərqlənib. Meydan sahibləri bunlara yalnız Qvidas Yuşkanın təsəlli qolu ilə cavab verib. Beləliklə, "Neftçi" 2004-2005-ci il mövsümündən sonra ilk dəfə çempionluğa nail olub. Ümumilikdə isə flaqman 5-ci dəfə qızıl medal qazanıb. 2005 və 2011-ci illərdən əlavə, "ağ-qaralar" 1992, 1996 və 2004-cü illərdə də çempion olub. 1997-ci ildə də eyni uğuru qazanmasına baxmayaraq, AFFA-nın o zamankı rəhbərliyi qızıl medala "Qarabağ"ı layiq görüb. Amma UEFA məhz "Neftçi"nin Çempionlar Liqasında oynaması barədə qərar çıxarıb.
İlk oyun gününün görüşlərinə gəldikdə, meydana əvvəlcə ikinci "altılıq" komandaları "Gəncə" və MOİK çıxıb. Bu görüşdə "Gəncə" 1:0 hesabı ilə qələbə qazanmaqla xalını 35-ə yüksəldib. "Gəncə" həm də Mehman Allahverdiyevin rəhbərliyi altında ardıcıl 3-cü görüşünü qələbə ilə başa vurub.
İkinci "altılıq"da digər oyun isə Zaqatalada baş tutub. Burada "Simurq" Qəbələnin eyniadlı komandasını qəbul edib. İkinci "altılığ"ın lideri olan "Qəbələ" bu görüşün favoriti sayılsa da, rəqibin müqavimətini qıra bilməyib. MOİK klubu kimi Premyer Liqanı tərk etmək üzrə olan "Simurq" isə bu oyunda 1 xalla kifayətlənməklə öz işini daha da çətinə salıb.
Günün mərkəzi qarşılaşması isə "Şəfa" stadionunda keçirilib. Burada son ölkə çempionu Bakının "İnter" klubu "Xəzər Lənkəran"la qarşılaşıb. Hələ ötən tur qızıl medallardan əlini üzən Kaxaber Sxadadzenin komandası AZAL-la 4-cü pillə uğrunda mübarizə aparır. Lakin "bankirlər" bu görüşdə vacib 2 xal itiriblər. "Xəzər Lənkəran" isə bu oyunda xal itirməklə çempionluqdan bir qədər də uzaqlaşdı. Belə də əgər Neftçi" sabah qələbə qazanarsa, o zaman "flaqman" sona 3 tur qalmış çempionluğunu elan edəcək.
Qeyd edək ki, tura sabah keçiriləcək 3 görüşlə yekun vurulacaq.
1 may (bazar)
20:00. AZAL - "Neftçi" - 1:3
Qollar: Cavid Hüseynov, 15 (0:1). Ritus Krjauklis, 17-avt. (0:2). Rodriqinyo, 90 (0:3), Qvidas Yuşka, 90 (1:3)
Qırmızı vərəqə: Robert Petrov, 86 (AZAL)
Hakimlər: Rövşən Əhmədov, Mehman Mahmudov, Azər Əsgərov, Fariz Yusifov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
Şüvəlan qəsəbəsi, "AZAL" stadionu.
16:00. "Qarabağ" - "Bakı" - 2:2
Qollar: Zaur Həşimov, 22-avt. (0:1). Vaqif Cavadov, 25 (0:2). Georgi Adamiya, 60 (1:2). Admir Teli, 89 (2:2)
Hakimlər: Anar Salmanov, Vaqif Musayev, Mübariz Haşımov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Gülağa Cabarov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
16:00. "Turan" - "Muğan" - 0:1
Qol: Taqim Novruzov, 42 (0:1)
Hakimlər: Vüsal Əliyev, Coşqun Həsənov, Azad Ə. Hüseynov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
Tovuz şəhər stadionu.
30 aprel (ş
ənbə)18:00. "İnter" - "Xəzər Lənkəran" - 1:1
Qollar: Asif Məmmədov, 29 (1:0), Hristu Kiaku, 60 (1:1)
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Elşən Acalov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Füzuli Nəcəfov
"Şəfa" stadionu.
14:00. "Gəncə" - MOİK - 1:0
Qol: Sabir Allahquliyev, 63 (1:0)
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, İsgəndər Əliyev, Fuad Həsənov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Əmir Zamanov
Gəncə şəhər stadionu.
16:00. "Simurq" - "Qəbələ" - 0:0
Hakimlər: Ceyhun Haşımov, Munis Abdullayev, Ruslan Babayev, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zaqatala şəhər stadionu.
Turnir cədvəli
Komanda | O | Q | H | M | Qollar | Xallar | |
1 | Neftçi | 29 | 19 | 8 | 2 | 52-13 | 65 |
2 | Xəzər Lənkəran | 29 | 15 | 10 | 4 | 34-16 | 55 |
3 | Qarabağ | 29 | 16 | 6 | 7 | 36-18 | 54 |
4 | AZAL | 29 | 12 | 9 | 8 | 32-25 | 45 |
5 | İnter | 29 | 12 | 8 | 9 | 28-24 | 44 |
6 | Bakı | 29 | 9 | 10 | 10 | 31-28 | 37 |
7 | Qəbələ | 29 | 11 | 11 | 7 | 28-17 | 44 |
8 | Muğan | 29 | 11 | 8 | 10 | 25-28 | 41 |
9 | Gəncə | 29 | 8 | 11 | 10 | 29-31 | 35 |
10 | Turan | 29 | 6 | 6 | 17 | 21-41 | 24 |
11 | Simurq | 29 | 3 | 7 | 19 | 15-46 | 16 |
12 | MOİK | 29 | 2 | 6 | 21 | 9-53 | 12 |
PFL 17 yaşında
"Atletiko"da yeni yarımmüdafiəçi
Avropa çempionatına 3 gümüş medalla start
"Arsenal" keçidi rəsmən açıqladı
"Sabah" Fransa klubunun yetirməsini transfer etdi
Kontedən Osimhenlə bağlı sürpriz qərar
Azərbaycan millisi Belarusa yenə uduzdu
"Barselona" futbolçusunu satdı
“Şamaxı”da növbəti ayrılıq
"Ondan Azərbaycan futbolu haqda soruşdum” - Müsahibə
"Əl-Nəsr"in hücumçusu "Fənərbaxça"ya keçir
"Qarabağ"ın Avstriyadakı sonuncu rəqibi də bilindi
Ansu Fati rəsmən "Monako"da
“Mançester Yunayted” sabiq futbolçusuna vəzifə verdi
"Hayduk" 4 futbolçusu ilə yolları ayırdı
"Zirə" 4-cü transferini açıqladı
"Sabah"ın rəqibindən yeni transfer
"Qarabağ"da qolları sıralayırdı, indi aylardır ehtiyatda qalıb... - Juninyoya nə olub?
Hamidu Keyta yenidən Azərbaycan klubunda - Rəsmi
"Çelsi"dən 70 milyonluq transfer
"Kayzerslautern" Mahiri təbrik etdi
"Beşiktaş" "Roma"dan futbolçu aldı
"Qarabağ"la "Zalsburq" 11 il sonra yenidən qarşılaşacaq
"Mançester Siti" "Əl-Hilal"a belə uduzdu - Video
Remzinin yeni klubu bəlli oldu
Qvardiola "Əl-Hilal"a məğlubiyyət haqda nə dedi?
"Bavariya" iki futbolçu ilə vidalaşdı
Klublararası dünya çempionatında sensasiya
“Zirə”nin rəqibindən qələbə