“Maraqlı oyun alındı. Birinci hissə qollarla başladı. İkinci hissədə rəqibin daha çox təzyiq edəcəyini bilirdik. Cüzi səhv etdik, rəqib bizi əks-hücumda tutdu. Təəssüflənirik ki, xal qazana bilmədik”.
QOL.az sportal.az saytına istinadən xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.
O, bu gün “Qarabağ”a uduzduqları (2:3) Misli Premyer Liqasının 19-cu turunun matçından sonra təşkil olunan mətbuat konfransında bildirib. O, oyun baxımından futbolçulardan razı qaldığını söyləyib:
- Bəzi futbolçular tam hazır deyil. Amma onlar da, yeni gələnlər də çempionatımızı hiss etdi. Leroy Mikelsin yoxluğu oyunumuza təsir etdi. Mövsümün sonuna qədər maraqlı oyunlar olacaq. Komandadan 8 futbolçu ayrıldı. Onların yerini doldurmalıydıq. Qışa qədər bir çox oyunlarda əziyyət çəkdik. Gedən futbolçuların yerlərini doldurduq. Üç yerli, dörd əcnəbi oyunçu gətirdik. Bu gün Cəlal Hüseynov, Murad Vəliyev oynadı. Digərləri legionerlərdir. Qışda yerli transfer etmək çətindir. İstəyərdik, amma olmadı. İlk növbədə qarşıya qoyulan məqsədə çatmaqdır niyyətimiz. İndi daha rəqabətli heyətimiz var. Bu da futbolçuların böyüməsində rol oynayacaq.
- Transfer pəncərəsində ən aktiv komanda “Şamaxı” idi. Sizcə, gələn futbolçular nə vaxt tam hazır olacaq?
- Hazır olanlar da var. Sifariş olan Alfonso hazır idi. Vladislav Veremeyev də hazırdır. Andrey Tirkovaneu daha yaxşı olacaq. İki turdan sonra zədə olmasa, tam formaya düşəcəklər.
- İki oyundur ki, "Qarabağ"a çətinlik yaradırsınız. Bunun sirrini tapmısınız?
- Sirri tapsaydıq, xal alardıq (gülür). Futbolçularım inamlıdır. Şamaxıdakı oyunda xal qazana bilərdik. Qol da vurmuşduq. Bu gün də hesabda önə keçə bilərdik. Futbolçulardan tələbimiz hücumda və müdafiədə yaxşı oynamaqlarıdır. Çempionatda 2 komanda var ki, xal ala bilməmişik. Onlardan biri "Qarabağ"dır. Yəqin ki, son oyuna qaldı. "Qarabağ"a qarşı oynamaq əlavə motivasiyadır. İstəyimizə çata bilmədik. Demək ki, daha da çalışmaq lazımdır.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı