Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, sonuncu - 3-cü oyun günündə əvvəlcə "Şamaxı" "Sabah"ı qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1. Bu, Vasili Berezutskinin baş məşqçi təyinatından sonra "Sabah"ın ilk məğlubiyyətidir. Bu omandalar arasında 1-ci dövrənin matçında 2:2 hesabı qeydə alınıb.
Bugünkü nəticədən sonra "Şamaxı" xallarını 17-ə çatdırıb və "Neftçi"ni qabaqlayaraq 7-ci pilləyə yüksəlib. "Sabah" isə turnir cədvəlində 26 xalla 5-cidir.
Tura “Qarabağ” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.
Qeyd edək ki, bugünkü oyunlarla Misli Premyer Lqiasında 2-ci dövrəyə yekun vurukacaq və komandalar qış fasiləsinə yollanacaq. Çempionatda 3-cü dövrə isə 2025-ci il yanvarın 17-də start götürcək.
Misli Premyer Liqası, 18-ci tur
22 dekabr
14:00.“Şamaxı” – “Sabah” - 3:1
Qollar: Edqar Adilxanov, 23 (1:0), Pavol Safranko, 38 (1:1), Belajdi Pusi, 55 (2:1), Leroy Mikels, 62 (3:1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Vüsal Məmmədov
Şamaxı şəhər stadionu
16:30.“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Akif Əmirəli
Tofiq Bəhramov adına Respublika Stadionu
20 dekabr
“Kəpəz” - “Sumqayıt” - 0:0
21 dekabr
“Səbail” - “Zirə” - 0:1
“Turan Tovuz” - “Neftçi” - 1:1
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 17 | 14 | 2 | 1 | 45-7 | 44 |
| 2 | Araz-Naxçıvan | 17 | 12 | 3 | 2 | 21-11 | 39 |
| 3 | Turan Tovuz | 18 | 8 | 8 | 2 | 24-15 | 32 |
| 4 | Zirə | 18 | 9 | 3 | 6 | 28-16 | 30 |
| 5 | Sabah | 18 | 6 | 8 | 4 | 27-24 | 26 |
| 6 | Sumqayıt | 18 | 6 | 2 | 10 | 15-26 | 20 |
| 7 | Şamaxı | 18 | 4 | 5 | 9 | 16-23 | 17 |
| 8 | Neftcçi | 18 | 3 | 8 | 7 | 16-27 | 17 |
| 9 | Kəpəz | 18 | 3 | 2 | 13 | 12-41 | 11 |
| 10 | Səbail | 18 | 2 | 3 | 13 | 16-30 | 9 |
Bombardirlər:
Felipe Santos ("Araz-Naxçıvan") - 8 qol
Coy Lens Mikels ("Sabah") - 8 qol
Davit Volkov ("Zirə") - 7 qol
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu