"Sevilya"nın əfsanəvi futbolçusu Xesus Navas azarkeşlərlə vidalaşıb.
QOL.az xəbər verir ki, o, futbolçu karyerasında keçirdiyi son ev matçında göz yaşlarını saxlaya bilməyib.
"Selta" ilə ötən axşamkı qarşılaşmada (1:0) Navasın şərəfinə böyük pankartlar açılıb və azarkeşlər onun üçün serenada oxuyublar.

İspaniyalı futbolçu 39 yaşı olmasına baxmayaraq xroniki zədə səbəbindən futboldan gedir. O, dekabrın 21-də "Real"la qarşılaşmada futbolçu karyerasında son matçına çıxacaq.

Qeyd edək ki, Navas "Sevilya"da 702 oyun keçirib. O, bu klubla 4 dəfə Avropa Liqasını, UEFA kubokunu və UEFA Superkubokunu qazanıb. 2013-2017-ci illərdə "Mançester Siti"də çıxış edən futbolçu 183 oyuna çıxıb və Premyer Liqa çempionluğunu da yaşayıb.
İspaniya millisində 56 oyun keçirən Navas komanda ilə 2012-ci ildə dünya, 2020 və 2024-cü ildə Avropa çempionluğunu qazanıb.

Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı