“Qarabağ”ın kapitanı Bədavi Hüseynovun QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının son turunda “Sabah”la heç-heçə etdiniz. Xal itkisini nə ilə əlaqələndirmək olar?
- Bilirdik ki, çətin oyun olacaq. “Sabah” yaxşı komandadır. Baş məşqçi dəyişikliyi ilə yüksəlişə keçiblər. Bizə qədər son 2 matçda qalib gəlmişdilər. Biz isə sıx qrafikdə oynayırıq. Ondan 3 gün əvvəl kubok matçına çıxmışdıq. İlk hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Lakin fasilədən sonra artırdıq. Fərqlənmək üçün xeyli şanslarımız oldu. Təəssüf ki, onlardan tam faydalana bilmədik. Düzdür, uduza da bilərik. Rəqibin də epizodları oldu.
- Əksər klublar ilin son 2 turuna hazırlaşdığı halda, “Qarabağ” həm avrokubok matçına çıxacaq, həm də çempionatda təxirə salınmış qarşılaşmaya. Bu sıx qrafikə dözmək mümkün olacaq?
- Artıq illərdir buna öyrəşmişik. Bu cür sıx qrafikdə oynamaqdan qorxmuruq. Başa düşürük ki, son matçlar çox vacibdir.
- Artıq indidən demək olar ki, qış çempionu “Araz-Naxçıvan”la matçda müəyyənləşəcək?
- “Araz-Naxçıvan” çox yaxşı forma yığıb. Biz də mövsümün ilk yarısını uğurla başa vurmaq istəyirik. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı matçların hamısında qələbə qazanaq.
- Son vaxtlar “Qarabağ” ilk dəfə çempionatda liderliyi əldən verir. Bu rəqabətin komandanızın xeyrinə olduğunu söyləyə bilərik?
- Əlbəttə. Tək “Araz-Naxçıvan” yox, əksər komandalar artırıb. Bu da bizi daha çox çalışmağa, oyunumuzu yaxşılaşdırmağa vadar edir. Asan oyun yoxdur. Hətta kubokda Qəbələ səfərində belə çətinliklərimiz oldu. Bütün komandalar müdafiə olunmağı bacarır. Bir qədər boşalan kimi çətinliklər yaranır. Bu da bizim üçün xəbərdarlıqdır ki, arxayınlaşmaq olmaz.
- Qarşıdan “Elfsborq”la oyun gəlir. Razısınız ki, Avroliqada mübarizəni davam etdirib-etdirməmək baxımından bu matç həlledicidir?
- Çalışacağıq ki, “Elfsborq”a qarşı oyunumuzu daha da yaxşılaşdıraq. Bizim üçün çox vacib oyundur. Əvvəlki matçlarda çox xal itirmişik. Səfərə yüksək əhval-ruhiyyə ilə yollanırıq. İsveçə 3 xal üçün gedirik. Əlimizdən gələni edəcəyik ki, istəyimizə çataq.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu