"Bavariya"nın qapıçısı Manuel Noyer karyerasında ilk dəfə qırmızı vərəqə alıb.
QOL.az xəbər verir ki, bu, Almaniya kubokunun 1/8 finalında "Bayer"lə matçın 17-ci dəqiqəsində reallaşıb. 38 yaşlı qolkiperə birbaşa qırmızı vərəqə göstərilib.
Birinci hissənin ortasında Noyer cərimə meydançasından kənara qaçıb və əks-hücumu pozaraq, "Bayer"in müdafiəçisi Jeremi Frimponq ilə çiyin-çiyinə toqquşub. Bundan sonra Noyer rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün meydandan qovulub.
Qeyd edək ki, Manuel 2011-ci ildən "Bavariya"da oynayır. Bu müddət ərzində o, bütün turnirlərdə 539 matça çıxıb, onlardan 255-də qol buraxmayıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər