Bu gün keçirilən daha 3 oyunla Premyer Liqada 28-ci tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, günün mərkəzi qarşılaşması "Qarabağ"la "İnter" arasında baş tutub.
Bu görüşdə hər iki komanda meydana yalnız qələbə üçün çıxıb. "Xəzər Lənkəran"la xal fərqini minimuma endirmək və çempionluq şanslarını davam etdirmək üçün "Qarabağ" mütləq qalib gəlməli idi. "İnter" isə hələ ötən tur qızıl medallardan rəsmən əlini üzsə də, son çempionun mükafatçılar sırasına düşmə şansları qalırdı. Lakin "Qarabağ" bu görüşdə qələbə qazanmaqla çempionluq yolundakı mübarizəsini davam etdirəcək. "İnter"in isə yeganə ümidi ölkə kubokuna qalıb.
Daha 2 görüş isə ikinci "6-lığ"a təsadüf edib. Bu yarımqrupun lideri "Qəbələ" autsayder MOİK-i, "Gəncə" isə "Turan"ı sınağa çəkib. Bu oyunlarda "Qəbələ" öz meydanında MOİK-lə bacarmayıb - 0:0. Qərb derbisində isə sevinən tərəf meydan sahibləri olub. "Turan"a 1:0 hesabı ilə qalib gələn "Gəncə" xalını 32-ə yüksəldib. "Turan" isə bu nəticə ilə Premyer Liqada qalmaq şansını növbəti tura saxladı. Məhz növbəti turda qazanılacaq qələbə "Turan"ın Premyer Liqada qalmağını rəsmiləşdirəcək.
Qeyd edək ki, turun ilk oyun günündə 3 qarşılaşma baş tutub.
İlk öncə isə meydana ikinci "altılıq" təmsilçiləri "Muğan" və "Simurq" komandaları çıxıb. Son turda "Turan" üzərində əzmkar qələbə qazanan "Muğan" bu görüşdə də rəqibini məğlub edib. Bu oyunda qələbəyə daha çox "Simurq"un ehtiyacı olsa da, Zaqatala təmsilçisi növbəti dəfə məğlubiyyətlə barışmalı olub. Artıq rəqibinə 0:3 hesabı ilə məğlub olan "Simurq"un I Diviziona yuvarlanması heç kəsdə şübhə doğurmur.
Günün digər qarşılaşmasında isə çempionatın lideri "Neftçi" öz meydanında "Bakı"nı sınağa çəkib. Arif Əsədovun komandası ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmağa nail olub. Rəqibini 2:0 hesabı ilə məğlub edən "Neftçi" çempionluğa bir qədər də yaxınlaşıb. "Neftçi" bu qələbə ilə Ən yaxın izləyicisi "Xəzər Lənkəran"ı 11 xal qabaqlayıb. Lakin Lənkəran təmsilçisi bu gün qələbə qazanacağı təqdirdə, xal fərqi yenidən 8-ə enəcək.
Günün əsas maraq doğuran qarşılaşması isə Lənkəranda baş tutub. Burada yerli komanda paytaxtın AZAL klubunu qəbul edib. "Altılıq"da bir qələbə belə qazana bilməyən Mirça Rednikin komandası nəhayət ki bu sindroma son qoyub. Rəqibini 3:0 hesabı ilə məğlub edən "Xəzər Lənkəran" lider "Neftçi" ilə arasındakı 8 xallıq fərqi qoruyub. Bu qələbə ilə "Xəzər Lənkəran" klubu çempionluq yolunda mübarizəsini son turlara qədər davam etdirmək niyyətində olduğunu göstərdi.
24 aprel
16:30. "Qarabağ" - "İnter" - 1:0
Qol: George Adamiya, 77 (1:0)
Hakimlər: Ramil Diniyev, Ramiz Əsədov, Rza Məmmədov, Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Asif Namazov
Toiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
16:00. "Qəbələ" - MOİK - 0:0
Hakimlər: Fuad Həsənov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məmmədov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Rüfət Hüseynov
Qəbələ şəhər stadionu.
16:00. "Gəncə" - "Turan" - 1:0
Qol: Sabir Allahquliyev, 62 (1:0)
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Zeynal Zeynalov, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Asim Xudiyev
Gəncə şəhər stadionu.
23 aprel
18:30. "Xəzər Lənkəran" - AZAL - 3:0
Qollar: Emeka Opara, 66 (1:0), Uinston Parks, 82 (2:0), Elnur Abdullayev, 84 (3:0)
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Vaqif Musayev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Səfər Haşımov
Lənkəran şəhər mərkəzi stadionu.
14:00. "Muğan" - "Simurq" - 3:0
Qollar: Con Pelu, 45 (1:0), 50 (2:0), Reis Klaudinei, 53 (3:0)
Hakimlər: Səbayel Qurbanova, Aleksandr Musatkin, İlham Əliyev, Əfqan Həmzəyev
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Şəfa" stadionu.
16:00. "Neftçi" - "Bakı" - 2:0
Qollar: Flavinyo, 19 (1:0), 54 (2:0)
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Məlik Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu.
Turnir cədvəli
| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
| 1 | Neftçi | 28 | 18 | 8 | 2 | 49-12 | 62 |
| 2 | Xəzər Lənkəran | 28 | 15 | 9 | 4 | 33-15 | 54 |
| 3 | Qarabağ | 28 | 16 | 5 | 7 | 34-16 | 53 |
| 4 | AZAL | 28 | 12 | 9 | 7 | 31-22 | 45 |
| 5 | İnter | 28 | 12 | 7 | 9 | 27-23 | 43 |
| 6 | Bakı | 28 | 9 | 9 | 10 | 29-26 | 36 |
| 7 | Qəbələ | 28 | 11 | 10 | 7 | 28-17 | 43 |
| 8 | Muğan | 28 | 10 | 8 | 10 | 24-28 | 38 |
| 9 | Gəncə | 28 | 7 | 11 | 10 | 28-31 | 32 |
| 10 | Turan | 28 | 6 | 6 | 16 | 21-40 | 24 |
| 11 | Simurq | 28 | 3 | 6 | 19 | 15-46 | 15 |
| 12 | MOİK | 28 | 2 | 6 | 20 | 9-52 | 12 |
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?