"Barselona"nın hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasında 100 və 101-ci qollarını vurub.
QOL.az xəbər verir ki, Polşa millisinin futbolçusu dünən gecə komandasının "Brest"ə (Fransa) qarşı keçirilən ÇL-in 5-ci turunun ev matçının iştirakçısı olub. 36 yaşlı oyunçu 3:0 hesabı ilə yekunlaşan görüşdə Kataloniya klubunun iki qoluna imza atıb. Digər qolu isə fransızların qapısından Dani Olmo keçirib.
Bu matçda dubl etməklə ÇL-də vurduğu qolların sayını 101-ə çatdıran Levandovski bununla da portuqaliyalı Kriştiano Ronaldo və argentinalı Lionel Messidən sonra Çempionlar Liqası tarixində 100 qol səddini keçən üçüncü oyunçu olub.
Bu turnirdə Ronaldonun ehtiyatında 140, Lionel Messinin isə 129 qolu var.
ÇL tarixində ən çox qol vuran oyunçuların siyahısı belədir:
1. Kriştiano Ronaldo - 140 qol
2. Lionel Messi - 129 qol
3. Robet Levandovski - 101 qol
4. Kərim Benzema - 90 qol
5. Raul Qonzalez - 71 qol
6. Ruud Van Nistelroy - 56 qol
7. Tomas Müller - 54 qol
8. Tyerri Anri - 50 qol
9. Kilian Mbappe - 49 qol
10. Zlatan İbrahimoviç - 48 qol
10. Andrey Şevçenko - 48 qol
11. Erling Haaland - 46 qol
11. Filippo İnzagi - 46 qol
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"