"Çox yaxşı komandaya qarşı oynadıq. Futbolçularım matça yaxşı motivasiya olmuşdular. Məşqdə istədiklərimizi oyunda icra etdilər. Çətin, amma çox lazımlı qələbə idi. Ümidvaram ki, bundan sonra da komandada qələbə ruhu davam edəcək".
QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 12-ci turunda doğma meydanlarında "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb:
- Son 20 dəqiqədə müdafiəyə çəkilmək riskli deyildi?
- Oyunboyu qapımızda ciddi problem görmədik. Müdafiədə oturmağımızın məqsədi var idi. 90+5-ci dəqiqədə künc zərbəsindən gözəl qol vurduq. Hər şey istədiyimiz kimi gedirdi. Səbr yaxşı şeydir. Səbrli və istəkli olduq.
- Komandanın psixoloji enişdən çıxdığını düşünmək olar?
- İndi nəsə demək tezdir. Eyforiyaya qapılmamalıyıq. Hər oyuna qələbə istəyi ilə çıxacağıq. Alınmasa da, öz işimizə davam edəcəyik. Hələ heç nə etməmişik. Çox çətin çempionatdır, hər komanda iddialıdır.
- Rəqiblərə görə oynayacaqsınız, yoxsa öz oyununuzu göstərəcəksiniz?
- Hazırda bir sistem var. Amma istənilən rəqibə qarşı mübarizə aparmalısan. Əgər nəticəyə oynamasam, gözəl futbol oynamağa çalışsam, 2 həftədən sonra deyəcəksiniz ki, Vaqif Cavadov istefa verməlidir. Futbol nəyi tələb edirsə, onu da etməliyik. Futbolçular pillə-pillə həm öz oyunlarını yaxşılaşdırırlar, həm də milli komandanın məşqçilərinə siqnal verirlər. Hər oyuna fərqli yanaşa bilərik. Amma mənim və "Sumqayıt"ın bir futbol fəlsəfəsi var və bunu icra etməyə çalışacağıq. (sportal.az)
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...