"Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Bir xalla ayrılsaydıq, daha sevincli olardıq. Amma futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardıq, rəqibə epizod verməməyə çalışırdıq. Futbolçularım nələri varsa, meydanda qoydular. Bəxtin gətirməlidir ki, belə qol buraxmayasan. Rəqibin 100 faizli qol imkanları yadıma gəlmir. Düzdür, oyuna nəzarət edən tərəf "Qarabağ" idi. Bugünkü mübarizəyə görə futbolçularımdan razıyam. Digər matçlara hazırlaşacağıq".
QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 9-cu turunda "Qarabağ"a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da dəyərləndirib.
- Qol epizodları olsa da reallaşdıra bilmirsiniz...
- Həmin problemləri yaşayırıq. Daha real danışsaq, hücumçulardan istədiklərimizi ala bilmirik. Problem sırf hücumçularımızdadır. Baş məşqçinin işi nədir? Həmin problemləri görüb, komandanın epizodlar yaratması üçün bunun üzərində işləsin. O yöndə işləyəcəyik. Hansısa futbolçunun yerinə gedib hücumda dayanıb, vurası deyilik. Hücumçuları dəyişib, başqa oyunçuları orada oynada bilərsən. Hər iki hücumçumuzda problem var. Hücumlarımızı daha da çoxaltmalıyıq. O qədər epizod yaratmalıyıq ki, birini vuraq. Bu yöndə işləyəcəyik. Məncə, hücum yaratmaqda problemimiz yoxdur. Sadəcə sonluğu gətirə bilmirik. Fikrimizi başqa futbolçulara yönəldəcəyik.
- Yeni transferlərin tam uyğunlaşdığını düşünürsünüz?
- Hər oyunda dəyişikliklərə əl atırıq. Keçən il də eyni proses yaşayırdıq. Axtarışdaydıq. Futbolçulara vaxt lazım olduğu bəllidir. Komandanın pis oynadığını deməzdim. Ötən turda da gördük ki, yaxşı oynamağa başlamışıq. Mübarizə etməməyimiz bizə olan əsas iradlar idi. Bəzi oyunçularla yaşanan problemlər də var, o da uyğunlaşma, qol vurma gözləntisi və s. Çalışacağıq ki, bunu aradan götürək.
- Rəhim Sadıxovun oynamamasının səbəbi nədir?
- Cəzadan danışmayaq. Bu heyətin üzərində işləyirik. Fasilədə uşaqları optimal formaya gətirməyə çalışacağıq. Yeni gələn gürcü futbolçumuz optimal formaya gəldikdə, bizı çox kömək edəcək. Yaxşı, keyfiyyətli oyunçudur. Burada cəzadan söhbət getmir. Bu gün bizə xeyir verən futbolçularla oynamaq daha məqsədəuyğundur.
- “Neftçi” Roman Qriqorçuku postundan göndərmək istəyir. Təklif olarsa, ora qayıdarsınız?
- Bu haqda ümumiyyətlə danışmaq istəmirəm.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi