Azərbaycanın legioner futbolçusu 90 dəqiqə oynadı

Azərbaycanın legioner futbolçusu 90 dəqiqə oynadı
ÖLKƏ FUTBOLU 6 Oktyabr 2024 / 09:00 2407
-  A +

Albaniya çempionatında 8-ci turun oyunları keçirilib.

QOL.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə “Skenderbeu” ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

90 dəqiqədə meydanda olan Zamiq 30-cu dəqiqədə sarı vərəqə alıb.

Amil Yunanovun oynadığı “Bilis” isə səfərdə “Partizani”yə 0:1 hesabı ilə uduzub. Azərbaycanlı hücumçu sonadək ehtiyatda qalıb.

Hazırda "Eqnatiya” 14 xalla 2-ci, “Bilis” 5 xalla 9-cudur.

Daha çox


Son xəbərlər
18.02.26  22:12

"Qarabağ"da itki

18.02.26  19:27

Messi geri döndü

Topaz Desktop Banner
?>