"Yaxşı, dinamik oyun alındı. Hər iki komanda yaxşı iş ortaya qoydu. Həmişə komandamdan daha artığını istəyirəm. Futbolçular mənim istədiyim oyunu göstərməyə çalışırlar. Oyun baxımından daha da rəngarəng ola bilərik. Düşünürəm ki, heç-heçə ədalətli nəticədir".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 9-cu turunda "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib:
O, jurnalistlərin suallarını cavablandırıb:
- Birinci dövrə bitdi. Bu nəticələri gözləyirdiniz?
- Hər məşqçi öz komandasına güvənməlidir. Bu komandanı formalaşdıranda çətinlik çəkirdik. Amma istədiyimiz futbolçuları heyətə cəlb edə bildik. Oyun planında daha da artıra bilərik. Bizə inanmasalar da, mən futbolçularıma inanıram. Komandam öz oyunu ilə hamıya layiqli cavabı verəcək.
- Sizə kim inanmır?
- Hiss edirik ki, klub olaraq bizə diqqət azdır. Büdcə ilə baxırlarsa, futbolda büdcə hər şey deyil. Futbolçular mənə inamı verib. Mən də onlardan daha artığını etmələrini istəyirəm ki, çempionatda daha çox diqqətə layiq olsunlar.
- Keçən il bu vaxtlarda da "Araz-Naxçıvan" üst pillələrdə idi, amma sonra Premyer Liqada qalmaq üçün mübarizə aparırdı. Bəlkə buna görə diqqət azdır?
- Hər şeyi incələsəm, çox danışacağıq. Ümumi komandalara olan diqqəti deyirəm. Biz də bilirik ki, keçən il ikinci dövrəni yaxşı keçirmədik. Bu, futboldur. Heyətimiz geniş olsa, biz də həmin dövrü rahat keçə bilərik. Ümid edirik ki, heyətimizi genişləndirəcəyik.
- Hakimlərin "Araz-Naxçıvan"a kömək etdiyi iddia olunur. Bu situasiya sizi narahat etmir?
- Ona görə diqqəti vurğuladım. Hakimin bizə simpatiyasının olduğunu gördünüzsə... "Turan Tovuz"la oyunda Ramon Maçadonun epizodundan danışırlar. Həmin epizoddan bugünkü matçda da oldu. Boyan Letiçin epizodu eynidir. Bunu heç kim danışmayacaq. Amma Maçadonun epizodunun üstündən 10 tur da keçsə, hamı danışacaq. Çempionat uzundur, komanda olaraq bərk olmalıyıq ki, bu maneələr bizi çaşdırmasın. (sportal.az)
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi