Bakıda "Turan Tovuz" üçün yeni baza tikilir.
QOL.az "Report"a istinadən xəbər verir ki, bu barədə klubun “Turan Tovuz”un İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev bildirib. Onun sözlərinə görə, baza üçün Kürdəxanı qəsəbəsində torpaq sahəsi alıblar.
Həmçinin oxuyun: Belaruslar üçün Sumqayıtda hamam problemi
Əli Balakişiyevin bununla əlaqədar müsahibəsini təqdim edirik.
- Bakıda "Turan Tovuz"un yeni təlim-məşq bazası inşa edilir. İşlər hansı yerdədir?
- Bakıda keçirilən oyunlara gələndə çox əziyyət çəkirdik. Məşq etmək üçün meydan tapa bilmirdik. Hansı kluba müraciət edirdiksə, müsbət cavab ala bilmirdik. "Sumqayıt" istisna olmaqla, heç kim məşq etmək üçün yer ayırmırdı. Onlara bizə imkan yaratdıqlarına görə təşəkkürümüzü bildiririk. Düzdü, son vaxtlar artıq "Dalğa Arena"da məşq edirdik. Lakin düşündük ki, öz məşq meydanımız olsa, Bakıda çətinlik çəkmərik.
- Təlim-məşq bazası hansı ərazidə yerləşir?
- Kürdəxanı qəsəbəsində torpaq sahəsi aldıq. Artıq işlərə başlanılıb, stadionun inşası davam edir. Demək olar, işlərin 50 faizi görülüb. Artıq bir neçə gün sonra meydanın otu üçün toxum səpiləcək.
- Stadion məşq üçün nə vaxt hazır vəziyyətə gətiriləcək?
- Əslində, demək olar, hazırdır. Sadəcə, toxum səpilməlidir və otun yetişməsi zaman apara bilər. Nəzərə alsaq ki, üzü qış fəslinə doğru gedir, fikrimcə, uzağı 2 aya həm stadion, həm də paltardəyişmə otaqları hazır olacaq. Bildirmək istəyirəm ki, işlər çox sürətli gedir. Ustalar növbəli şəkildə 24 saat fəaliyyət göstərirlər.
- Sözügedən ərazidə təxminən neçə məşq meydanı olacaq?
- Ərazi genişdir və minimum üç meydan olacaq ki, bu da futbolçuların rahat məşq etməsinə imkan yaradacaq. Əslində bu sayı bir qədər də artırmaq olardı. Sadəcə, sıxlıq yaranmağını istəmirik. Çünki başqa planlarımız da var. Meydan məsələsi tam həllini tapdıqdan sonra orada baza tikməyi planlaşdırırıq. “Turan Tovuz”un Bakı səfərlərində əziyyət çəkməsini istəmirik. Komanda oyundan əvvəl Bakıya gələcək, öz bazasında məskunlaşacaq və məşqini edəcək. Başqa otellərdə yerləşməyə ehtiyac qalmayacaq.
- Söhbət necə bir bazadan gedir?
- Tovuz şəhərində inşa etdiyimiz dörd mərtəbəli binanın eyni layihəsi olacaq. Onu deyə bilərəm ki, yüksək səviyyədə şərait olacaq. Komandanın inkişaf etməsi üçün əlimizdən gələn hər şeyi edirik.
- Tovuz şəhər stadionunda da dəyişikliklər edəcəksiniz?
- Bəli, planlarımız arasında bu da var. Bildiyiniz kimi, ötən mövsüm UEFA nümayəndələri Tovuza gəldilər və stadionumuza baxış keçirdilər. Stadionumuz avrokubok oyunlarının I təsnifat mərhələsinin oyunlarını qəbul etməyə hazırdır. Biz istəyirik ki, çatışmayan cəhətləri aradan qaldıraq və stadion növbəti mərhələnin oyunlarının standartlarına da cavab versin. Yanvardan lazımi işlərə başlanılacaq. Stadionda azarkeşlərin oturduğu üstüaçıq ərazi bağlanacaq. Həmin yerdə müəyyən qədər tribuna sayının artırılacağı gözlənilir. Bundan başqa, azarkeşlərin stadiona girişi də həmin nöqtədən olacaq. Dayanmırıq, çalışırıq. Şükürlər olsun ki, əziyyətimizin bəhrəsini görməyə başlamışıq. Həm aşağı yaş qruplarından ibarət, həm də əsas komandamızın nəticələri pis deyil. Əvəzedicilərimiz də turnir cədvəlində birinci sırada qərarlaşıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında