Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Prezident sərəncamı ilə 2020-ci ildə başlanılmış, tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılmışdı. Sumqayıtlı futbol azarkeşlərinin sevinci yerə-göyə sığmırdı.
Onların sevimli komandası öz rəqiblərini kibrit qutusuna bənzəyən, kiçik tutumlu "Kapital Bank Arena”da yox, müasir standartlara uyğun şəhər stadionunda qəbul edəcəkdi. "Böyük şəhərin tək komandası”nın yenicə təmirdən çıxan stadionda ilk oyunu "Neftçi”yə qarşı oldu. 4 fevral tarixinə təsadüf edən oyunda tribunalarda əsl bayram yaşanırdı. "Sumqayıt”ın "Neftçi”ni 2:1 hesabıyla məğlub etdiyi qarşılaşmada topa ilk toxunuşu 1966-cı ildə bu arenada baş tutan ilk matçda fərqlənmiş Telman Salahov etdi.
"Sumqayıt”ın sərgilədiyi oyun, qazandığı nəticələr heç də azarkeşlərin ürəyincə deyil. Bəlkə də elə bu səbəbdəndir ki, komandanın ev oyunları zamanı tribunalar tam dolmur. Bu isə "Sumqayıt”ın bilet satışından gəlir əldə edə bilməməsi deməkdir. Məlum məsələdir ki, hansısa tamaşaya tamaşaçı marağı yoxdursa, ordan gəlir əldə etmək də çətinləşir. Azərbaycanda futbol klublarının da bilet satışından qazanc götürmədikləri heç kəsə sirr deyil. Bir vaxtlar "Xəzər Lənkəran”ın "Fırtınalar meydanı”ndakı oyunları zamanı tribunalar dolardı. Ondan sonra heç bir klub belə uğuruyla öyünə bilməz. Bir də ki, "Qarabağ”ın avrokuboklardakı oyunları zamanı tribunalar dolur. Məlum məsələdir ki, "Qarabağ” bilet satışından da müəyyən qazanc əldə edir. Amma bu qazanc da böyük məsrəflər qarşısında elə də gözə görünmür.
Qayıdıram "Sumqayıt”ın məsələsinə. Yararsız legionerlərə görə böyük miqdarda xərcə düşən, ayrılan büdcəni sağa-sola xərcləyən klub boş tribunalar önündə oynadığına görə biletdən gəlir də götürə bilməz. Belədə stadionun saxlanması üçün tələb olunan xərclər də "Sumqayıt”ın büdcəsi üçün əlavə yükə çevrilir. AFFA-nın İntizam Komitəsi bu mövsüm artıq üçüncü dəfədir ki, "Sumqayıt”ı 500 manat cərimələyir. Qərarda qeyd olunur ki, "kimyaçılar” Əsasnamənin tələblərini pozub. Bəs pozulan bu tələb hansıdır? Həmkarlarımız bu səbəbi axtarıb tapıb. Ortaya həm gülməli, həm də ağlamalı mənzərə çıxıb. Sən demə, Mehdi Hüseynzadə adına stadionun qazı kəsildiyindən futbolçular və hakimlər matçdan sonra duş qəbul edə bilmirlər. AFFA da hər dəfəsində klubu 500 manat cərimələyir.
Qaza görə yaranmış borcun məbləğinin 100 min manata yaxın olduğu bildirilir. İdman qurğusu Gənclər və İdman Nazirliyinin balansındadır. Amma nazirlik borcun köhnədən qaldığını, ödənişin şəhər icra hakimiyyəti tərəfindən ödənilməli olduğunu bildirir. Nəticədə biabırçı bir durum yaranıb.
AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov "Football-plus.az”a belə deyib: "Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun paltardəyişmə otaqlarında yerləşən hamamlar isti su ilə təmin olunmayıb. Meydandan qan-tər içində çıxan futbolçular məcburən soyuq su ilə yuyunurlar. Məsələ klub üçün ciddi problemə çevrilib. "Sumqayıt” üçüncü dəfədi eyni səbəbdən cərimələnir”.
Özümüzküləri birtəhər yola vermək olar. AFFA da 500 manatını alıb susacaq. Məsələ ondadır ki, Belarusun "Dinamo” (Minsk) klubu UEFA Konfrans Liqasının qrup mərhələsindəki ev oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək. Artıq UEFA da təqvimi təsdiqləyib. Minsk klubu oktyabrın 3-də Şotlandiyanın "Harts”, noyabrın 28-də Danimarkanın "Kopenhagen” və dekabrın 12-də isə Şimali İrlandiyanın "Larn” kollektivini Sumqayıtda qəbul edəcək. Belarusların hamam problemini necə həll edəcəyik? Bu gedişlə Lukaşenkonun həmyerliləri Sumqayıtda ocaq qalayıb, su qızdırmalı olacaqlar. Allah bizi o gündən qorusun!
Amal Abuşov
qaynarinfo.az
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında