AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker dünən Misli Premyer Liqasının 6-cı turunda “Sabah” – “Turan Tovuz” oyununun (2:2) son dəqiqəsində qeydə alınmayan qol epizodu haqda açıqlama verib.
QOL.az xəbər verir ki, funksioner epizoda VAR-ın müdaxilə etməməsinin səbəbini belə izah edib:
“Sabah” – “Turan Tovuz” oyununun 90+4-cü dəqiqəsində “Turan Tovuz” komandasının künc zərbəsi zamanı köməkçi hakim qapı xətti üzərində, künc bayrağının arxasında dayanmışdı. Köməkçi hakimin mövqeyi düzgün idi. O, künc zərbələri zamanı həmin mövqedə olmalıdır.
Oyun künc zərbəsindən bərpa olunan zaman köməkçi hakim topun meydanı tərk etdiyini görür və hücüm bitdikdən sonra bayrağını qaldıraraq, baş hakimə işarə verir. (VAR Protokoluna əsasən, yan xətt hakimi hücum yekunlaşdıqdan sonra bayrağı qaldırmalıdır.)
Baş hakim işarəni görüb qapıdan zərbə qərarını verir. Qapı xətti üzərində kamera olmadığına görə (görüntü olmadığına görə), VAR hakimi verilən qərarı təsdiqləyir. Yekunda köməkçi hakimin verdiyi qərarı baş hakim və VAR təsdiqləyir.
VAR yalnız aşkar səhv olduqda müdaxilə etməlidir”.
“Turan Tovuz” oyunun son dəqiqəsində künc zərbəsindən sonra qol vursa da, yan xətt hakimi topun qapı xəttindən kənardan gəldiyini bildirirərək, qol qeydə almamışdı.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı