Azərbaycan millisinin və "Neftçi"nin sabiq kapitanı Yunis Hüseynov yerli futbolçularımızın penaltini dəqiq yerinə yetirməklə bağlı üzləşdiyi problemlərdən danışıb.
Y.Hüseynov futbolçu karyerasında penaltiləri əksər hallarda dəqiq icra etməsi ilə tanınıb.
Bu yay avrokuboklarda "Zirə"nin heyətindəki yerli futbolçular penaltilər seriyasında qapıya dəqiq zərbə endirməkdə çətinlik çəkiblər. İsveçlə matçda Azərbaycanın əsas millisində Ramil Şeydayev penaltini qola çevirə bilməyib. İki gün əvvəl isə U-21 millimizin üzvü Nəriman Axundzadə Serbiya ilə matçda qeyri-dəqiq olub.
Y.Hüseynov QOL.a saytına müsahibəsində bunun səbəbi barədə danışarkən deyib:
"Penaltini yerinə yetirmək üçün də təcrübə, özünəinam lazımdır. Özünə inamın olmasa, penaltini vura bilməzsən. Mən özüm də penaltiləri yerinə yetirən futbolçu olmuşam. Gərək penaltilərin üzərində işləyəsən. Bizimkilər bilirsiniz necədir, qapıçı küncü göstərir, bizim oyunçularımız da zərbəni həmin küncə vurur. Sırf penaltiləri niyə qola çevirə bilmədiklərini deyə bilmərəm. Amma özünə inanan futbolçu həmişə dəqiq zərbə vurur. Gərək onlara dərs keçək də. Məşq prosesində işləmək lazımdır. Penalti vurmaq asan bir şey deyil. Boş stadionda qol vurmaq asandır, azarkeşlə dolu stadionda isə çətindir. Serbiya ilə oyunda Nərimanın boş stadionda penaltini vura bilməməsi də anlaşılmaz idi. Dolu stadionda isə cərimə meydançasına girəndə sanki qapı balacalaşır, qapıçı böyüyür. Ona görə də psixoloji baxımdan güclü olmaq lazımdır".
Nur Zeynalova
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı