"Nəticədən razıyam. Kifayət qədər şanslarımız oldu. Rəqibə açıq oyun təklif etdik. Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan".
QOL.az xəbər verir ki, bu sözləri İsveç millisinin baş məşçisi Yon Dal Tomasson Millətlər Liqasının 1-ci turunda bu gün Bakıda Azərbaycan millisinə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, 3:1 hesablı qələbəni belə şərh edib: "İlk hissədə önə doğru vertikal paslar verirdik, amma ardı gəlmirdi. Fasilədə bununla bağlı danışdıq. Hərəkət etmək lazım idi. Topu itirdikdən sonra komandamız yerini tuta bilmirdi, geri çəkilirdik, rəqibə fürsətlər verirdik. Qapıçının çıxışından çox razıyam, penaltini qaytardı. Qələbə ilə başladıq. Önəmli olan budur. Bakıda belə nəticə əldə etmək, kifayət qədər qol epizodu ilə qələbə qazanmaq çox çətindir".
Tomasson oyunlarında müəyyən çatışmazlıqların olduğunu da bildirib: "Topu itirəndə yaxşı reaksiya verməliyik. Bunu edə bilmədik. Öndə təzyiq etmək lazım idi. Oyunun müəyyən epizodlarında komanda passiv çıxış etdi. Hücumda mükəmməl deyildik, yaxşı idik, 11 epizodumuz var idi. Bəzi son mərhələyə gəlib çıxmayan epizodlar da oldu".
Baş məşqçi Azrbaycan millisinin İstifadə edə bilmədiyi penaltinin matçın qırılma nöqtəsi olmadığını deyib: "Əla qurtarış idi. Dönüş nöqtəsi idi? Deməzdim. İnanıram ki, penaltidən qol buraxsaydıq da, qollar vuracaqdıq. Çünki kifayət qədər qol epizodları yaradırdıq".
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?
UEFA milli komandalar üçün yeni format müəyyənləşdirdi
Meydanı özbaşına tərk edən bölgə klubu cəzalandırıldı
1-ci liqanın çempionu cərimələndi
AFFA-dan "Sabah" və "Neftçi"yə cəza
“İmişli”də yeni müqavilə
Son üç mövsümün 10 bombardiri
11 illik dövrün sonu
Noyer mundialı buraxa bilər
Artetadan Premyer Liqa tarixinin rekordu
İsveçrə millisi DÇ-2026-ya bu heyətlə yollanır
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
İngiltərədə mövsümün ən yaxşı futbolçusu seçildi
"Mançester Siti"nin yeni ev formaları - Şəkillər
Türkiyəli futbolçu İngiltərədə ən yaxşı seçildi
"İnter"lə uzunmüddətli müqaviləyə hazırlaşır