"Komandamız mübarizəyə 2-ci mərhələdən başlayacaq. Bu mərhələdə asan rəqib olmur. Amma mümkün rəqiblər arasında ən çətin rəqiblə oynayacağımızı deməliyəm".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah”ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç deyib.
Xorvatiyalı mütəxəssis paytaxt klubunun UEFA Gənclər Liqasında qarşılaşacağı “Bazel”lə (İsveçrə) oyunu dəyərləndirib: "Bazel" gənclərlə işə xüsusi önəm verən klubdur. Bu klub İsveçrədə ən yaxşı futbol akademiyalarından birinə malikdir. Artıq bu komanda ilə oyunun hazırlıqlarına başlamışıq. Bu cür güclü rəqiblə düşməyimiz bizim üçün sürpriz olmadı. Klub olaraq bu oyunları səbirsizliklə gözləyirik".
Qeyd edək ki, "Sabah"la "Bazel" arasındakı ilk matç oktyabrın 23-də İsveçrədə, cavab oyunu isə noyabrın 6-da Azərbaycanda olacaq.
Millimizdə yeni məşqçi
“Nyukasl” “Qarabağ”ı ağır məğlubiyyətə uğratdı
"Nyukasl"ın hücumçusu ÇL rekordunu təkrarladı
Klublararası dünya çempionatının formatı dəyişir
"Qarabağ"da itki
"Mançester Yunayted" onu klubdan göndərir
“Barselona”dan antirekord
"Vest Hem"in yeni transferi sıradan çıxdı
“Bakı Sportinq”in səfər qələbəsindən - Video
“Qarabağ” - “Nyukasl” - Heyətlər
"Barselona"nın futbolçunu geri qaytarmaq planı pozuldu