UEFA-dan Elçin Məsiyevə növbəti təyinat

UEFA-dan Elçin Məsiyevə növbəti təyinat
ÖLKƏ FUTBOLU 3 Sentyabr 2024 / 14:40 2308
-  A +

Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Bosniya və Herseqovina – Avstriya qarşılaşmasının baş hakimi olacaq.

Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Sentyabrın 6-da Sarayevo şəhərində yerləşən “Grbavica” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
18.02.26  22:12

"Qarabağ"da itki

topaz banner