“Çətin oyun olacağını bilirdik. Matça yaxşı hazırlaşmışdıq. “Zirə” son mövsümün gümüş medalçısıdır. Üstəlik, bu mövsümə də yaxşı başlayıblar. Düzgün oynadıq, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirdik və qalib gəldik”.
QOL.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın müdafiəçisi Toral Bayramov Misli Premyer Liqasının 5-ci turunda “Zirə”ni 3:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O bildirib ki, Zaqreb “Dinamo”suna məğlubiyyətdən sonra bu görüşə psixoloji cəhətdən hazırlaşmaq çətin olmayıb: “Mövsüm ərzində oyunlar çox olur. Biz hər dəfə başa çatan matçı unudub, digərinə köklənirik. Çalışacağıq yolumuza davam edək”.
Matçda hesabı açan 23 yaşlı futbolçu vurduğu qolun bir qədər gözlənilməz alınması fikrinə belə münasibət bildirib: “Mən tez-tez başla qol vurmuram. Ola bilər ona görə qəribə görünsün. Fikrimcə, əla qol idi”.
Tezliklə millinin düşərgəsinə qoşulacaq T.Bayramov yeni baş məşqçi Fernandu Santuşla bağlı fikirlərini də bölüşüb: “Santuş millimizdə yenidir. Buna baxmayaraq, böyük məşqçidir, Avropa çempionudur. İnanıram ki, hər şey yaxşı olacaq. İlk toplanışımızdır. Əlimizdən gələni edəcəyik. Ola bilər yeniliklər çox olsun. İstənilən halda vəzifəmiz məşqçinin tapşırıqları yerinə yetirmək”.
“İsveç və Slokivakiya oyunlarda neçə xal qazansaq, bu, uğurlu nəticə hesab ediləcək?” sualını “Qarabağ”ın üzvü qısaca cavablandırıb: “Bu barədə oyundan sonra danışarıq”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı