"Oyun bizim üçün yaxşı başlamışdı. Bərabərsəviyyəli və gərgin mübarizə getdi. Müəyyən ərazi üstünlüyü var idi. "Qarabağ" fərqlənəndən sonra oyunumuzun balansı pozuldu. Təhlükəli dəqiqələr idi".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 1-ci turunda bu gün "Qarabağ"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 1:3 hesablı məğlubiyyəti belə şərh edib: "Üçüncü qol böyük hesablı məğlubiyyətə gətirib çıxara bilərdi. Amma futbolçularımız xarakter göstərdilər, bir qol vurdular. Çox çalışdılar, əllərindən gələni etdilər. "Qarabağ" bu gün bizdən daha yaxşı idi. Yorğun idik, itkilərimiz çoxdur. Bu oyunda da zədəlilərimiz oldu. Bu qədər problemin içində futbolçular sona qədər mübarizə apardılar. Keçirdiyimiz 12 oyunu dəyərləndirsək, futbolçuların çıxışından çox razı qalmışam. 4 oyuna altı xal yğmışıq. 2-3 gün yaxşı dincəlib, daha sonra fikrimizi çempionata verəcəyik".
R.Sadıqov çempionluq mübarizəli ilə bağlı sualı da cavablandırıb: "Gücləri doğru qiymətləndirmək lazımdır. "Qarabağ" hamımızdan daha yaxşıdır. İllərdir ki, çəkdikləri əziyyətin bəhrəsini görürlər. Çalışıb mübarizə aparmaq olar. Hər şey uğurlu getsə, mübarizə aparmaq olar. Bu gün nə çatmadı? "Dinamo"nun (Zaqreb) şansı. Onlar qədər şanslı olsaydıq..."Qarabağ"ın qol epizodu olmayan hücumu qolla nəticələndi. "Qarabağ" üzərində qələbə qazanmaq üçün əlinə düşən epizodları qola çevirməlisən. Futbolçuların əzmkarlığı çox xoşuma gəldi. İsmayil İbrahimli zədədən sonra bu gün ilk dəfə kollektivə qoşuldu. Məcburiyyətdən meydana daxil oldu".
"Zirə"nin çalışdırıcısı komandasından 3 futbolçunun Azərbaycan millisinə dəvət almasına da münasibət bildirib: "Milliyə yeni baş məşqçi gəlib. Fernandu Santuşa inanıram. Millimiz onun dönəmində uğurlu çıxış edəcək və futbolumuza faydası olacaq. Avrokubok matçları onun seleksiya etməsi üçün yaxşı şans idi. Millinin məşqçilərinin diqqətini cəlb etdilər. Mənim üçün sevindirici haldır ki, bizim komandamızdan beş futbolçu (üç futbolçu dəvət alıb - red.) milliyə dəvət ala bilərdi. Yerli futbolçu ilə bağlı ciddi sıxıntılar yaşayırıq. Yerli oyunçu qıtlığı var. Vaxtımız da azdır. Bilmirəm həll edə biləcəyik, ya yox. Yerlilərlə bağlı seleksiyanı gücləndirməliyik".
R.Sadıqov Misli Premyer Liqasında bu mövsümün maraqlı olacağını da qeyd edib: "Beş tur keçib, müəyyən şəkil formalaşır. Keçən il ilk beşlikdə olanlar bu il də iddialı olacaqlar. Amma "Araz-Naxçıvan"la, "Turan Tovuz"un apardığı məşçqçi və oyunçu seleksiyasından yayda bilinirdi ki, bu mövsüm daha iddialı olacaqlar. Digər tərəfdən Ayxan Abbasovun "Şamaxı"da qısa müddətdə gördüyü iş sadəcə fantastikadır. Bir ay içində birinci liqadan gələn komandanı güclü formalaşdırmaq üçün böyük bacarıq lazımdır. Onun yerində, əcnəbi olaydı, məsələ daha çox danışılacaqdı. Digər tərəfdən "Səbail" "Neftçi"yə qarşı yaxşı oynadı".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı