"Nəticədən narazı qaldım. Amma bizim yaxşı olmaq potensialımız var. Oyunçularımızın çoxu komandaya tam uyğunlaşmayıblar. Buna görə də axsamalarımız var".
QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının 5-ci turunda bu gün səfərdə "Şamaxı" ilə keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.
Ardıcıl 5 oyundur qalib gələ bilməyən komandanın çalışdrıcısı bugünkü nəticəni belə şərh edib: "Birmənalı deyərəm ki, bugünkü və əvvəlki oyunları nəzərə alsaq, yaxşı mənada fərq böyükdür. Çünki bu gün qol epizodları yaratdıq. Onları vurmalıydıq. Çoxlu qollar vura bilərdik. Çünki cəmi bir qol epizodu yaratmamışdıq. Amma yaradılan şanslardan yararlana bilmədik. Çətinliyimiz bunda idi".
Ukraynalı mütəxəssis qeyd edib ki, milli komandanın oyunları ilə bağlı yaranacaq fasilə onlar üçün çox vacibdir: "Komandamızın daha da yaxşı komplektləşməsi lazımdır. Tam olaraq işləyə bilmədiyimiz faktorların üzərində fasilədə çalışacağıq. İstəyirik ki, komandamız daha da sərt şəkildə hücumlar yaratsın. Bu gün bir neçə epizodda bunu görə bildik. Amma daha yaxşısını görmək istəyirik".
Qriqorçuk transferləri əvvəldən deyil, mövsümün gedişində etmələri ilə bağlı saulı da cavablandırıb: "Toplanışa indiki heyətlə başlasaydıq, 300 faiz daha yaxşı oynayardıq, daha yaxşı çıxış edərdik. Amma bəzi səbəblər var ki, bilirik, bəzilərini bilmirik. O səbəblərə görə belə başlamalı olduq. Şükürlər olsun ki, düzgün yoldayıq, düzgün yanaşmadayıq. Ümid edirəm ki, qarşıdakı günlərdə zədəlilərimiz də bizimlə birlikdə olacaq və komandanı istədiyimiz kimi komplektləşdirəcəyik. Unutmaq olmaz ki, 3-4 aparıcı oyunçumuz zədəlidir".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı