“Kifayət qədər ağıllı və güclü komandaya qarşı oynayırdıq. Keyfiyyətləri hiss olunurdu. Əlimizdən gələni etməyə çalışdıq ki, qalib gələk, turu keçən tərəf olaq. Təəssüflər olsun ki, alınmadı. Edə biləcək bir şey yoxdur. Avroliqa oyunlarına hazırlaşacağıq və çalışacağıq ki, orada ötən mövsümdən daha yaxşı nəticə verək”.
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suna 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdıqları cavab oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, “Dinamo”nun “Qarabağ”dan çox üstün olmadığını bildirib: “Əslində bunu deməzdim. Çünki səfərdəki oyuna da baxsaq, görərik ki, əlimizə düşən şansları dəyərləndirsəydik, başqa ssenari ola bilərdi. Buradakı oyunda da bizə qələbə lazım olduğu üçün daha çox irəli atılmışdıq ki, bu da arxa xətdə boşluqlar verməyimizə səbəb oldu. Düşünürəm ki, birinci oyun şanslardan istifadə edə bilsəydik, fərqli nəticə olardı”.
27 yaşlı müdafiəçi "Dinamo"nun iki oyunun cəmində "Qarabağ"a 5 cavabsız qol vurmasının komandasının təcrübəsizliyi ilə əlaqəli olmadığını bildirib: “Düşünmürəm ki, qol vura bilməyimizə təcrübə çatmadı. Bəzən olur ki, yüz faizlik şansı dəyərləndirə bilmirsən. Təcrübə çatışmazlığı deməzdim, şans deyərdim. Düşünürəm ki, son vuruşların üzərində də çalışmalıyıq. Avroliqada daha yaxşı nəticə verməyə çalışacağıq".
B. Mustafazadə komandanın qələbəsi üçün çatışmayan məqamlardan da danışıb: “İlk növbədə əlimizə düşən şansları dəyərləndirməli idik. Buradakı oyunda da şanslar yaratdıq. Təəssüf ki, yerinə yetirə bilmədik. Məşqçilər və oyunçularla birlikdə fasilədə deyirdik ki, hələ heç nə bitməyib. İnanırdıq ki, burda daha yaxşı nəticə göstərə bilərik. Amma alınmadı”.
O, Avropa Liqasının yeni formatı haqda da fikirlərini bildirib: “Düşünürəm, maraqlı olacaq. Avroliqada çox oyun oynamağımız bizim üçün də faydalıdır".
Cavad Musayev
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı