Avqustun 28-də "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Bakıda "Dinamo" (Xorvatiya) ilə qarşılaşacaq. Bu komandaların ilk görüşündə xorvatlar 3:0 hesabı ilə qələbə qazanıblar. Buna baxmayaraq, rəqib Azərbayandakı görüşə ehtiyatla yanaşır.
QOL.az xəbər verir ki, dünən Bakıya yola düşməzdən əvvəl Zaqreb klubunun baş məşqçisi Sergey Yakiroviç hava limanında yerli jurnalistlərin suallarını cavablandırarkən bu məqamlara toxunub. 47 yaşlı mütəxəssis Bakıdakı görüşün çətin keçəcəyini vurğulayıb:
- Çempionlar Liqasının qrup mərhələsinə adlamaq üçün sözün əsl mənasında var gücümüzü ortaya qoymalıyıq. Amma bu, heç də asan olmayacaq. Çünki “Qarabağ” ciddi komanda olduğunu sübut etdi. Kiminsə buna şübhəsi var idisə, düşünürəm ki, ilk oyundan sonra aradan qalxıb. Ehtiyatlı olmaq lazımdır, Zaqrebdə bəzi məqamlarda bəxtimiz gətirdi. Müdafiədə daha stabil olmalıyıq. Çünki ilk dəqiqədən onların təzyiqini gözləyirəm. Qələbə üçün gəldiyimizi göstərməliyik.

- Polşanın "Rakov" klubunda çıxış edən Fran Tüdor demişdi ki, ötən il onlar "Qarabağ"la oyundan əvvəl kokos suyu içiblər. Çünki bu su qana yaxşı təsir edir və nəfəs almağı asanlaşdırır. Siz bənzər üsuldan istifadə etmisinizmi?
- Biz kokos suyu içməmişik. Bu haqda tibbi xidmətimizlə söhbətim oldu. Onlar dedilər ki, bunun effektli olması üçün həmin suyu daha əvvəldən içmək lazımdır. O vaxta qədər isə bununla bağlı qərar verməmişdik.
- Azərbaycandakı oyuna xüsusi nəsə hazırlamısınız?
- Hər bir matçda olduğu kimi, qarşıdakı görüşə də normal hazırlaşmışıq. İlk oyunumuz bugünlərdə olduğundan onları daha yaxşı analiz etmişik. Çox vacibdir ki, bunun nəticəsini komanda meydanda hiss edə bilsin. Oyuna nə qədər hazırlaşsaq da, rəqibin müəyyən keyfiyyətli tərəfləri barədə xəbərdarlıq etsək də, oyunçu meydanda rəqibini mütləq hiss etməlidir. Başa düşürük ki, biz kiminlə qarşılaşacağıq. Xüsusən rəqibin hücum xətti onun müdafiə xəttindən daha yaxşıdır. Düşünürəm ki, bu baxımdan bizim şansımız var. Əsasən də onlar çox güclü risk etsələr... Biz göstərdik ki, belə məqamlarda rəqibə təhlükə yarada bilirik.

"Dinamo"nun futbolçuları bu gün Bakıda səhər gəzintisində
- "Dinamo" azarkeşləri üçün avrokuboklarda səfər qadağası ləğv olunub. Bunun sizin üçün nə qədər əhəmiyyəti var?
- Çox əhəmiyyəti var. Ötən mövsüm mən "Dinamo"ya gələndən komandamızın səfər matçlarında azarkeşlər olmurdu. Bu da oyunumuzda hiss edilirdi. Ona görə də biz ev matçlarımızda səfərdəkindən daha fərqli oyun göstərirdik. Mən bunu dəyişmək istəyirəm. Fərqi yoxdur, biz harada oynayacağıq. Bizim öz oyun tərzimiz olmalı və cəsarətli olmalıyıq. Oyunun müəyyən hissələrində müdriklik və cəsarət göstərməlisən. Ümid edirəm ki, belə də olacaq.
- Bazar günü futbolçularınız "Maksimir" stadionunun kilsəsində keçirilən dini mərasimdə iştirak ediblər. Bu haqda nə deyə bilərsiniz?
- Düşünürəm ki, bu hadisəni mediada geniş işıqlandırmağa dəyməz. Bunun mediaya necə sızdığını bilmirəm. Mən “Dinamo”ya gələndən imkan daxilində hər bazar günü bu cür kütləvi mərasimlər keçiririk. Bu, ən normal haldır və sonda hər bir insanın şəxsi işidir.
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video