"Kəpəz" "Səbail"lə matça itkilərlə çıxacaq

"Kəpəz" "Səbail"lə matça itkilərlə çıxacaq
ÖLKƏ FUTBOLU 23 Avqust 2024 / 17:17 1192
-  A +

"Kəpəz" Misli Premyer Liqasının 4-cü turunda "Səbail"lə keçiriləcək oyuna itkilərlə çıxacaq.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın iki futbolçusu zədəlidir.

Tural Rzayev ilə Rojerio Santos oyunu buraxacaq. Santos "Qarabağ" ilə matçda, Rzayev isə məşq prosesində zədələnib. Futbolçuların müalicəsinin davam etdiyi bildirilib.

Qeyd edək ki, bu gün "ASCO Arena"da keçiriləcək "Səbail" - "Kəpəz" matçı saat 19:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner