Bu gün "Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərlinin iştirakı ilə mətbuat konfransı təşkil olunub.
QOL.az xəbər verir ki, klub rəsmisi əvvəlcə bildirib ki, "Neftçi"nin fəaliyyətini mətbuata çatdırmaq onun vəzifə borcudur:
"Meydanda yaşananlara baş məşqçi cavab verə bilər. Ona sualları matçlardan sonra ünvanlaya bilərsiniz. Digər məsələlərlə bağlı məndə dolğun informasiya olduğu üçün cavablandıra bilərəm. Baş məşqçi nəticələrə görə cavabdehdir. Mövsümün sonundakı mümkün uğursuzluq isə hamımıza aiddir".
Klub rəsmisi vaxta ehtiyac duyduqlarını vurğulayıb: "Nəticələr ürəkaçan deyil. Bu, hamımızı narahar edir. Amma bir az vaxt lazımdır. "Sabah"la sonuncu turun matçında meydana çıxan yeni futbolçular var idi. Mənim komandadan gözləntilərim böyükdür, nikbin yanaşıram. Klubun bütün fəaliyyətinin içindəyəm. Hamı öz işini həyata keçirir. Baş məşqçimiz, demək olar ki, 24 saat çalışır. Əvvəl gördüyü işlər də göz önündədir. Onun nəyə qadir olduğunu bilirik. Ümid edirəm ki, növbəti matçlarda azarkeşlərimizi sevindirəcəyik".
R.Əfsərli təmirə bağlanan "Neftçi Arena"nın "Qarabağ"la oyuna qədər tam hazır olacağını da bildirib: "Artıq baza istifadəyə verilib. Obyektin ikinci mərtəbəsində iş gedir. Media nümayəndələrini də oraya dəvət edəcəyik. "Neftçi Arena"nın ot örtüyünün durumu qənaətbəxş deyil. Stadion AFFA-nın balansındadır. Amma biz yatırım edirik. Hazırda ot örtüyü üzərində iş gedir. Ciddi irəliləyiş var. "Qarabağ"la oyuna qədər tam hazır olacaq. 2021-ci ildən sonra yalnız kiçik bərpa işləri olub. Təbii hava keçidi arenada yaxşı deyil. Yay aylarında ot örtüyündə problemlər yaşanır".
Klub rəsmisi "Neftçi"nin özünə aid stadionunun olmasını arzuladıqlarını bildirib: "Neftçi" kimi köklü kluba özünün balansında olacaq stadion lazımdır. Amma reallıqlar var. Desək ki, 1-2 ildən sonra müasir, əla stadionumuz olacaq, doğru olmaz. Amma qlobal planlarda bu da var. Bunlar zaman alan proseslərdir. Klubda çalışan insanlar da bunu istəyir. Hamımız istəyirik ki, klubun adına, tarixinə yaraşan stadion inşa edək. Ümid edək ki, yaxın vaxtlarda bu baş verəcək".
R.Əfsərli əvəzedici heyətə göndərilən komandanın yarımmüdafiəçisi Qara Qarayevin "Neftçi"dən ayrılacağı ilə bağlı xəbərlərə də münasibət bildirib: "Qara Qarayev Azərbaycan futbolunda iz qoymuş futbolçudur, böyük xidmətləri var. Əminəm ki, bundan sonra da olacaq. Hər birimiz ona hörmət edirik. Amma baş məşqçinin seçiminə qarışmaq fikrimiz yoxdur.
O, hazırda bu məsələ ilə bağlı yenilik olmadığını vurğulayıb: "Qara Qarayevlə bağlı məsələ hələlik klubun daxilində qalsın. Elə etməliyik ki, heç bir tərəf ziyan görməsin. Danışıqlar gedir. Bu barədə ictimaiyyətə məlumat veriləcək".
R.Əfsərli heyətə yeni oyunçu cəlb edidiyini də vurğualyıb. O, futbolçunun adını açıqlamasa da, sol cinah müdafiəçisi olduğunu bildirib: "Hazırda tibbi müayinədən keçir. Bu gün və ya sabah keçid rəsmən açıqlanacaq".(report)
Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasında 3 turdan sonra 2 xalla 7-ci pillədə qərarlaşıb.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı