Bu gün Premyer Liqada 26-cı turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, günün mərkəzi matçında "Qarabağ"la "Xəzər Lənkəran" üz-üzə gəlib.
Bu oyun hər iki komanda üçün çox vacib əhəmiyyətə malik idi. "Qarabağ" qələbə qazanarsa, ikinci pilləyə yüksələcək və lider "Neftçi" ilə xal fərqini 5-ə endirəcəkdi. "Xəzər Lənkəran" isə flaqmanın "İnter"lə görüşdəki xal itkisindən yararlanmaq və liderlə xal fərqini 4-ə endirmək üçün qalib gəlməli idi. "Qarabağ"ın məğlubiyyəti AZAL-la "Bakı"nı da az maraqlandırmırdı. Paytaxt klublarının "duel"ində AZAL qələbə qazacağı halda, 3-cü pilləyə daha da yaxınlaşacaqdı. Bu zaman "Bakı"nın 6-cı pillədən qurtulması xeyli çətinləşəcəkdi. Məhz buna görə Aleksandr Starkovun komandasına qələbə hava-su kimi lazım idi.
Amma bu oyunlarda qeydə alınan nəticələr daha çox "Neftçi" ilə AZAL-ın işinə yarayıb. "Qarabağ"la "Xəzər Lənkəran" qolsuz heç-heçə ediblər. Bununla da "Neftçi" ən yaxın rəqibi ilə 6 xallıq fərqi qoruyub. AZAL isə "Bakı" üzərində qələbə sayəsində 4-cü pillədə möhkəmlənib və 3-cü pillədəki "Qarabağ"la xal fərqini 4-ə endirib.
Daha bir oyun ikinci "altılıq"da yer alan "Gəncə" ilə "Muğan" arasında olub. Bu matçın nəticəsi komandaların turnir cədvəlindəki vəziyyətinə heç bir təsir göstərməyib. Bəlkə də elə buna görədir ki, nəticə "nə şiş, nə də kabab yandırıb". Komandalar hərəyə bir dəfə fərqləniblər.
Turun ilk oyun günündə isə 3 qarşılaşma keçirilib. Meydana ilk öncə ikinci "altılıq" komandaları çıxıb. Premyer Liqanın 2 autsayder komandası "Simurq" və MOİK üz-üzə gəlib. "Simurq" öz meydanında MOİK-ə 1:2 hesabı ilə məğlub olub. İkinci "altılığ"ın lideri "Qəbələ" isə səfərdə "Turan"nın qapısından 2 cavabsız qol keçirməklə inamlı qələbə qazanıb.
Günün mərkəzi qarşılaşması isə "Şəfa" stadionunda baş tutub. Burada son ölkə çempionu "İnter" Premyer Liqanın hazırki lideri "Neftçi" ilə qarşılaşıb. Bu oyunda "İnter" erkən qolla hesabı açsa da, matçın sonlarına doğru qapısında qol görüb. "Neftçi" bu görüşdə 1 xal qazanmaqla çempionluğa olan iddiasını davam etdirib. "İnter" isə növbəti xal itkisilə vəziyyətini daha da çətinə salıb.
10 aprel
15:00. "Gəncə" - "Muğan" - 1:1
Qollar: Taqim Novruzov, 51 (0:1). Sabir Allahquliyev, (1:1)
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fuad Həsənov
AFFA nümayəndəsi: Ramiz Əliyev
Hakim-inspektor: Rüfət Hüseynov
Gəncə şəhər stadionu.
16:00. "Qarabağ" - "Xəzər Lənkəran" - 0:0
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Rza Məmmədov, Rəhim Həsənov
Qırmızı vərəqə: Dieqo Souza, 89 ("Xəzər Lənkəran")
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Məlik Həsənov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
18:00. AZAL - "Bakı" - 1:0
Qol: Gennadi Bliznyuk, 45+1 (1:0)
Hakimlər: Elnur Muradov, Vaqif Musayev, Azər Əsgərov, Ramil Diniyev
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Akif Məmmədov
Şüvəlan qəsəbəsi, AZAL stadionu.
9 aprel
17:00. "İnter" - "Neftçi" - 1:1
Qollar: Robertas Poşkus, 2 (1:0), Flavinyo, 86 (1:1)
Hakimlər: Əfqan Həmzəyev, Elman Musayev, Habil Əliyev, Alik Yunusov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Asim Xudiyev
"Şəfa" stadionu.
15:00. "Simurq" - MOİK - 1:2
Qollar: Azər Həşimov, 43 (0:1), Tural İsgəndərov, 58 (0:2), Elvin Yunusov, 61 (1:2)
Hakimlər: Əliyar Ağayev, Azad Q. Hüseynov, Munis Abdullayev, Rövşən Əhmədov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Səfər Haşımov
Zaqatala şəhər stadionu.
15:00. "Turan" - "Qəbələ" - 0:2
Qollar: Saşa Yunisoğlu, 61 (0:1), Deon Barton, 85 (0:2)
Hakimlər: Ceyhun Haşımov, Mehman Mahmudov, Elşən Durmuşov, Rasim Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Fazil Mürşüdov
Tovuz şəhər stadionu.
Turnir cədvəli
| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
| 1 | Neftçi | 26 | 16 | 8 | 2 | 45-11 | 56 |
| 2 | Xəzər Lənkəran | 26 | 14 | 8 | 4 | 29-14 | 50 |
| 3 | Qarabağ | 26 | 15 | 4 | 7 | 33-16 | 49 |
| 4 | AZAL | 26 | 12 | 9 | 5 | 30-17 | 45 |
| 5 | İnter | 26 | 12 | 6 | 8 | 26-21 | 42 |
| 6 | Bakı | 26 | 9 | 8 | 9 | 29-24 | 35 |
| 7 | Qəbələ | 26 | 10 | 9 | 7 | 25-17 | 39 |
| 8 | Muğan | 26 | 8 | 8 | 10 | 19-27 | 32 |
| 9 | Gəncə | 26 | 5 | 11 | 10 | 25-31 | 26 |
| 10 | Turan | 26 | 6 | 6 | 14 | 20-37 | 24 |
| 11 | Simurq | 26 | 3 | 6 | 17 | 15-40 | 15 |
| 12 | MOİK | 26 | 2 | 5 | 19 | 9-50 | 11 |
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?