"Çox ağır vəziyyətdə oyuna çıxmışdıq. Psixoloji durumumuz yaxşı deyildi. "Fehervar"la matçın məyusluğu hələ keçməmişdi. 13 saat yolda olduq. Hazırlıq üçün bir gün vaxtımız var idi. Uşaqlar çox enerji itirdilər. Futbolçulara təşəkkür edirəm".
QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının ilk turunda evdə "Kəpəz"ə qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında deyib.
O, tempin aşağı olmasını həm çempionatın ilk oyunu olması, həm də komandasındakı yorğunluqla əlaqələndirib: "Çempionatın oyunlarına baxanda görürsən ki, temp belədir. Hava şəraiti də öz sözünü deyir. Bu gün bürkü idi. Amma ilk oyun olduğuna görə belə hallar çox baş verir. İki komandada da dinamika düşmüşdü. Bu gün çox yorğun idik".
S.Abasov "Bu yeniyetmələrlə hara qədər gedəcəksiniz?" sualına belə cavab verib: "Gənc, yeniyetmə olsun, fərqi nədir? Onlar hamısı komandamızın üzvüdür. Onlar da özlərini göstərməlidir. İndi hədəf harda danışmayacam. Əlimdə 13-14 futbolçu var. Onlarla da ən yaxşısını etməyə çalışacam. Hər oyuna qələbə üçün köklənəcəyik".
Baş məşqçi klub prezidenti Riad Rəfiyevlə münasibətlərinin normal olduğunu qeyd edib: "Bu gün çox yaxşı futbol oynadıq və qalib gəldik. Mənə əsas lazım olan budur. Mən soyuqluq hiss etməmişəm. Hamımız situasiyanı anlayırıq. Bəlkə də kimlərsə aşırı kədərlənib. Mənim kədərlənməyə vaxtım yoxdur. Fikirləşmirəm ki, münasibətimiz pisdir".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi