“Qarşılaşmadan əvvəl danışmaq həmişə çətin olur. Buna görə də matçdan əvvəl danışmağı sevmirəm. Onu deyə bilərəm ki, qarşımızdakı rəqibin gücünü başa düşürük”.
QOL.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov sabah UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Şerif”ə qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibin Bakıya fərqli motivasiya ilə gəldiyini söyləyib: “Şerif” ilk oyundakı nəticəni öz xeyrinə dəyişməyə çalışacaq. Oyuna yaxşı hazırlaşmışıq. Komandanın hazırlıq səviyyəsi məni qane edir. Oyunçular sabah bacarıqlarını meydanda göstərməlidirlər”.
R.Sadıqov sabahkı matçın Tiraspoldakı görüşdən daha gərgin keçəcəyini bildirib: “Bu, ilk oyunun nəticəsi ilə əlaqəli deyil. Hər bir halda avrokuboklarda ikinci matçlar daha gərgin keçir. İstəyirik ki, sabah gözlədiyimizdən daha rahat oyun olsun. Amma hər şeyə hazır olmalıyıq. İnşallah, sabah mərhələni keçən tərəf biz olarıq”.
Baş məşqçi penaltilər seriyasına hazırlaşmağı xoşlamadığını qeyd edib: “Hətta Azərbaycan kubokunda belə ehtimal olanda belə, penaltilərə hazırlaşmamışıq. Təbii ki, hər bir nəticəyə, gedişata hazır olmaq lazımdır. Müasir futbolda, avrokuboklarda ev-səfər oyunları arasında fərq yoxdur. İstərdik ki, cütün taleyi 90 dəqiqədə bizim xeyrimizə həll olunsun”.
O, “Zirə” meydana turu keçmək, yoxsa qalib gəlmək üçün çıxacaq?” sualını belə cavablandırıb: “İkisi də eyni nəticədir. Oyun planı ilə suallardan məcburiyyətdən yayınacam. Çünki indi ən çox iş məşqçilərin boynuna düşür”.
“Zirə”nin çalışdırıcısı ilk oyundan sonra üstünlükləri olduğunu deyib: “Bu, hər iki komandaya psixoloji olaraq təsir edəcək. Başa düşürük ki, rəqib istəkli olacaq. Çünki bir həftə vaxtları olub ki, mərhələni keçmək üçün nə etməkləri barədə düşünsünlər. “Şerif” təcrübəli komandadır. Nəticəni öz xeyirlərinə dəyişməyə çalışacaqlar. Bizim də öz düşüncələrimiz, planlarımız var”.
Sadıqov komandasının ilk matçda dişsiz görünməsi barədə fikrə belə münasibət bildirib: “Bir neçə təhlükəli hücumlarımız var idi. Qapıya bir zərbə endirdik, o da qolla nəticələndi. Birinci hissədə Ceyhun Nuriyevin epizodu var idi. O, həmin epizodda topu yaxşı ram etsəydi, şansımız yaranacaqdı. Ümumi götürdükdə, bəli, son ötürmələrdə daha dəqiq olmalıydıq. Unutmayaq ki, rəqibə də yüzfaizli epizod vermədik. Onlar daha çox uzaqdan zərbələr endirirdilər. Qarşımızda qol buraxmaq istəməyən rəqib var. Çempionat oyunlarında elədir ki, 7-ci turda səhv buraxsan, 10-cu turda düzəldirsən. Avrokuboklarda bir səhv həlledici olur. Hamı ehtiyatlı oynayır. Çalışacağıq ki, sabah hücumlarımızın sayı da, kəsəri də daha artıq olsun. Necə alınacağını isə sabah görəcəyik”.
Sadıqov ilk oyunda futbolçularda həyəcan olmasının səbəbindən də söz açıb: “Mövsümün ilk oyunu idi. Fiziki, taktiki, texniki baxımdan futbolçularımdan çox razı qaldım. Mərhələ keçmək niyyətindəyiksə, sabah da meydanda daha yaxşı olmalıyıq”.
Zədə baxımından narahatedici məqamlar olduğunu bildirən “Zirə”nin çalışdırıcısı ilk görüşdəki yeganə qolun müəllifi Davit Volkovun çıxışına da toxunub: “Tiraspoldakı oyunda əvvəlcə hücumda Utziq yer almışdı, sonra Volkov onun mövqeyinə keçdi. Sevinirəm ki, Volkov bizimlədir. O vaxtı da getməsini istəmirdim. Sabah digərləri kimi, Volkovdan da daha yaxşını gözləyirəm”.
Rəşad Sadıqov sabahkı matçda anşlaq yaşanmasını istəyir: “Yetərincə azarkeşimiz var. Fikrimcə, say yox, keyfiyyət önəmlidir. Əsas məsələ azarkeşlərin səni necə dəstəkləməsidir. "Zirə" azarkeşləri həmişə yanımızdadırlar. İstərdik ki, sabah da tribunalar dolsun. Stadiona gəlməyənlər də televizor vasitəsilə bizi dəstəkləyəcək. Çalışaq, birlikdə mərhələni keçək”.
Premyer Liqa klubları koreyalı futbolçunu hədəfə aldı
UEFA-dan "Fənərbaxça"ya qadağa
"Aston Villa" yenidən ona göz dikdi
16 yaşlı futbolçu vəfat etdi
"Fənərbaxça" - "Nottingem Forest" Heyətlər
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
"İnter" rəqibin stadionunu sərt tənqid etdi
Şəhriyar Məmmədyarov finalda
Kurtua Fransa klubunun səhmdarı olacaq
"Milan"ın müdafiəçisi sıradan çıxdı
"Qarabağ"a 4 qol vurdu, həftənin ən yaxşı oyunçusu seçildi
“Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı qələbə
"Kluba baş məşqçilik etmək yanlış qərar idi"
"Yuventus"dan "Olimpik"ə keçə bilər
“Qarabağ”da şok itki - Mövsümü başa vurdu
1-ci liqada növbəti həftənin hakimləri
“Şəfa” büdrədi, “Zaqatala” və “Şahdağ Qusar”dan qələbə
Liderlərin dueli ona tapşırıldı
Millimizdə yeni məşqçi
Azərbaycan millisi 7 qolla uduzdu
Misli Premyer Liqasında 21-ci turun hakimləri açıqlandı
"Lester"də yeni baş məşqçi
"Bodo/Qlimt"in baş məşqçisi: "Bu gün bir az şanslı idik"
Kivu sensasiyalı məğlubiyyətdən danışdı
"Nyukasl" azarkeşləri Azərbaycan xalqına təşəkkür etdi
Sabiq "Neftçi"li Özbəkistan klubunda
Marselonun oğlu İspaniya millisində ilk titulunu qazandı
Bugünkü avrokubok oyunlarını yayımlayacaq kanallar
Qurban Qurbanov əsəbiləşəndə onlar nəyə gülürdü? - Video
Tanınmış futbolçu klubsuz qaldı
"Sən axmaq və dünənki uşaqsan!" - Qalmaqal
"Mançester Siti" 5-ci diviziona düşmək təhlükəsi ilə üz-üzə
Dramatik oyundakı 6 qol - Video
Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər
Əfsanəvi futbolçu “Qarabağ”ı sərt tənqid etdi
"Arsenal"da nə baş verir? - "Bu zərbəni qəbul etməliyik"
"Marsel"in yeni baş məşqçisi açıqlandı
"Bodo/Qlimt" "İnter"ə belə qalib gəldi - Video
4 qol vurdu, “Qarabağ” yaxşı komandadır” dedi
“Qarabağ”ın qapıçısı ÇL-də TOP-3-lüyə düşdü
"Qarabağ"ın "Nyukasl"a məğlubiyyəti - Video