Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaları ilə bağlı AFFA.az saytına fikirlərini bildirib.
QOL.az xəbər verir ki, mütəxəssis bu mərhələdə güclü komandalardan biri ilə qarşılaşacaqlarını deyib: “İlk dəfə B Liqasında iştirak etməyimizə baxmayaraq, pley-off mərhələsinə vəsiqə qazanmağımız sevindirici hal oldu. Son il yarım ərzində komandada yer alan bütün futbolçuları təbrik edirəm. Bu, onların zəhmətinin nəticəsidir. Pley-off mərhələsində zəif rəqib olmur. Ən yüksək reytinqə malik 6 kollektivdən birinə rəqib olacağıq. Yəni güclü komandalardan biri ilə qarşılaşacağıq. Pley-off mərhələsində Azərbaycan bayrağının da yer almasına sevinirəm. Milli komandamız B Liqasına yüksəlməklə bir dəfə tarix yazmışdı. Pley-offda da uğurlu çıxış edərək, daha bir tarix yazmaq arzusundayıq”.
S.Əsgərov qrup mərhələsinin son turunda Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığmasına 0:3 hesabı ilə məğlub olduqları qarşılaşmanı da dəyərləndirib: “Bakıda Macarıstana böyükhesablı məğlubiyyət istər-istəməz komandaya təsir etdi. Belə nəticədən sonra komandanı İsveçrə ilə səfər görüşünə kökləmək çətin idi. İsveçrə bu vaxta qədər həmişə A Liqasında mübarizə aparan komanda olub. Buna baxmayaraq, səfərə xal qazanmaq məqsədi ilə yollanmışdıq. Qızlar əllərindən gələni etdilər. Ancaq rəqibin yüksək keyfiyyətə malik olması bizi səhvlərə vadar etdi və belədə məğlubiyyət qaçılmaz oldu”.
Qeyd edək ki, iyulun 19-da birinci pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərbaycan milli komandasının potensial rəqibləri Portuqaliya, Şotlandiya, Uels, Ukrayna, Şimali İrlandiya və Serbiya yığmalarıdır.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”