Ötən il ağır qəzaya uğrayan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin son durumu açıqlanıb.
QOL.az xəbər verir ki, bu barədə Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov məlumat verib.
O bildirib ki, E.Səmədov artıq ayağa qalxıb: “Hazırda həm Elxan müəllimin, həm də Aslan müəllimin müalicəsi davam edir. Hər ikisində müsbət irəliləyişlər var. Elxan Səmədovun durumu ilə bağlı tibbi dinamik irəliləyiş hiss olunmaqdadır. Artıq ayağa qalxıb, addımlar atmağa başlayıb. Allahın köməkliyi ilə ən qısa zamanda bizim aramızda olacaq”.
E.Abbasov Aslan Şahgəldiyevin müəyyən fasilələrlə iş prosesinə cəlb olunduğunu vurğulayıb: “Aslan müəllimin durumunda da müsbət dinamika sezilir. Onun müalicəsi ev şəraitində davam edir. Müəyyən fasilələrlə iş prosesinə cəlb olunur, bəzən işə gəlir-gedir. Mühitə yenidən adaptasiya olunur. İnanırıq ki, tezliklə tam gücü ilə işə bağlayacaq. Bizə göstərdiyiniz mənəvi dəstəyə görə hər birinizə təşəkkürümüzü bildirik”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”