Bu gün Unibank Premyer Liqasında XXV turun qalan 3 oyunu keçirilib. Qol.Az-ın məlumatına görə, mərkəzi qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi" ilə "Qarabağ" klubları arasında oynanılıb.
Son 9 oyundan qalib ayrılan "Qarabağ" yenə qalib gəlsəydi, lider "Neftçi" ilə xal fərqini minimuma endirəcəkdi. Bu zaman çempionluq uğrunda intriqa daha da artacaqdı. Lakin əksi baş verib. Flaqman qələbə qazanaraq, ən yaxın izləyicisi "Xəzər Lənkəran"la xal fərqini 6-ya yüksəldib. Bununla da Arif Əsədovun komandası çempionluğa doğru daha bir önəmli addım atıb.
"Qarabağ"ın xal itkisi AZAL-ın işinə yarayıb. Çünki "təyyarəçilər" "İnter"i minimal hesabla yenərək, Ağdam təmsilçisi ilə xal fərqini 6-ya endirib. Bu nəticədən sonra AZAL 4-cü pilləyə yüksəlib. "İnter" isə 5-ci pilləyə enib.
İlk "altılığ"ın bu iki görüşü ilə yanaşı, ikinci "altılıq"da "Simurq" - "Turan" qarşılaşması da az əhəmiyyət kəsb etmirdi. 11-ci pillədə olan Zaqatala komandası Tovuz təmsilçisindən 6 xal geridə qalırdı. Yalnız qələbə təqdirində, Qyoko Haciyevskinin komandası autsayderlikdən qurtulmaq üçün ciddi addım ata bilərdi. Lakin "Turan" qələbə qazanaraq, "Simurq"un I diviziona enişini sürətləndirib.
Turun ilk oyun günündə isə 3 görüş baş tutub.
İlk oyunlar ikinci “altılığ”ın görüşləri ilə başlayıb. Burada ən diqqətçəkən məqam isə "Gəncə"nin yeni baş məşqçisi Mehman Allahverdiyevlə bağlıdır. Azərbaycanın ən titullu məşqçilərindən olan mütəxəssis uzun fasilədən sonra futbola qayıdışını Qəbələdə qeyd edib. İlk matçını səfərdə keçirən Allahverdiyevin komandası bu görüşdən 1:1-lik bərabərlikə ayrılıb. Matçın birinci hissəsində hesabda geri düşən "Gəncə" futbolçuları fasilədən sonra cavab qolunu vuraraq Qəbələdən 1 xalla dönməyi bacarıblar.
Digər oyuna gəlincə, MOİK cari mövsümdə yeganə qələbəsini qazandığı “Muğan”ı qonaq edib. Lakin onlar qələbə qazanacaqları halda belə sonuncu pillədən yaxa qurtara bilməyəcəkdilər. Bununla belə, MOİK bu oyunda böyük əzmkarlıq göstərək 90 dəqiqə ərzində qapısını toxunulmaz saxlaya bilib.
Turun ilk oyun gününə “Bakı” - “Xəzər Lənkəran” matçı ilə yekun vurulub. Prinsipial əhəmiyyət daşıyan oyunun çətin keçəcəyini proqnozlaşdırmaq olardı. Təsnifat mərhələsində baş tutan görüşlərin hər ikisinin heç-heçə başa çatdığını nəzərə alsaq, bu dəfə də eyni nəticənin təkrarlanacağı inandırıcı görünmürdü.
Lakin bu görüş də digərlərindən fərqlənməyib. Oyun ərzində hər iki komandanın bir neçə dəfə qol vurmaq imkanı olsa da, bundan istifadə edə bilməyiblər. Qolsuz heç-heçə ilə başa çatan oyunda hər iki komanda vacib 2 xal itkisilə üzləşib. Bu xal itkisi daha çox "Xəzər Lənkəran"a çempionluq yolunda ağır zərbə vurub.
3 aprel
15:00. "Simurq" - "Turan" - 0:1
Qol: Georgi Beriaşvili, 10 (0:1)
Hakimlər: Vüsal Əliyev, Mübariz Həşimov, Elşən Acalov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zaqatala şəhər stadionu.
16:00. AZAL - "İnter" - 1:0
Qol: Nuqzar Kvirtiya, 44 (1:0)
"Şəfa" stadionu.
16:00. "Neftçi" - "Qarabağ" - 2:0
Qollar: Rodriqinyo, 4 (1:0). Flavinyo, 61 (2:0)
Hakimlər: Rövşən Əhmədov, Ramiz Əsədov, Eldar Nağıbəyov, Elnur Muradov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu.
2 aprel
18:00. “Bakı” – “Xəzər Lənkəran” - 0:0
Tofiq Bəhramov adına Respublika stadionu
15:00. MOİK – “Muğan” - 0:0
Hakimlər: Fuad Həsənov, Aydın Ələkbərov, Samir Hacıyev, Teymur Fərhadov
“Bakı” klubunun təlim-məşq bazası
15:00. “Qəbələ” – “Gəncə” - 1:1
Qollar: Murad Hüseynov, 26 (1:0), Junivan Suares, 56 (1:1)
Hakimlər: Rahim Həsənov, İsgəndər Əliyev, Coşqun Həsənov, Elvin Əsgərov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
Turnir cədvəli
|
|
Komanda |
O |
Q |
H |
M |
Qollar |
Xallar |
|
1 |
Neftçi |
25 |
16 |
|
2 |
44-10 |
55 |
|
2 |
|
25 |
14 |
|
|
29-14 |
49 |
|
3 |
|
25 |
15 |
|
|
33-16 |
48 |
|
4 |
AZAL |
25 |
11 |
|
|
29-17 |
42 |
|
5 |
İnter |
25 |
12 |
|
|
25-20 |
|
|
6 |
Bakı |
25 |
9 |
|
8 |
29-23 |
35 |
|
| |||||||
|
7 |
Qəbələ |
25 |
|
|
7 |
23-17 |
36 |
|
8 |
Muğan |
25 |
8 |
|
|
18-26 |
31 |
|
9 |
Gəncə |
25 |
5 |
|
|
24-30 |
25 |
|
10 |
Turan |
25 |
|
6 |
13 |
20-35 |
|
|
11 |
Simurq |
25 |
|
6 |
16 |
14-38 |
15 |
|
12 |
MOİK |
25 |
1 |
|
19 |
7-49 |
|
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?