"Fernandu Santuş təcrübəli məşqçidir. Düşünürəm ki, hazırda bizim futbolumuz Portuqaliya, İspaniya futboluna çox yaxındır".
Bu sözləri QOL.az saytına açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib. O, 2016-cı ildə Portuqaliya yığması ilə Avropa çempionluğunu qazanan məşhur mütəxəssis Fernandu Santuşun Azərbaycan millisinə baş məşqçi təyin olunmasını şərh edib.
A.Mircavadov bildirib ki, Fernandu Santuş yığmanın sabiq baş məşqçisi Canni de Byazidən daha uğurlu nəticələr qazanacaq: "Santuşun Polşada işi niyə alınmadı, onu deyə bilmərəm. Amma millimizə gəlməyə razılıq veribsə, deməli, komandanın oyunlarına baxıb də. Bu təyinatın uğurlu olub-olmayacağını indidən demək mümkün deyil. Çünki o, hələ Azərbaycan üçün heç nə etməyib.
Fernandu Santuş təcrübəli mütəxəssisdir, Portuqaliya millisi ilə uğur qazanıb. Amma bir şey var ki, o, Portuqaliya yığmasında liderlərlə işləyirdi. Bizdə isə tam başqa işlər görməlidir. Vallah, mən düşünürəm ki, Fernandu Santuş Canni de Byazidən uğurlu olar. Çünki Santuşun futbol anlayışı tam başqadır. Razılıq əldə olunubsa, bizə də xeyirli olsun demək düşər. Nə kömək lazım olsa, biz edəcəyik".
Mütəxəssis Fernandu Santuşun milli komandamızda ailə formalaşdırmalı olduğunu deyib: "Məşqçinin təcrübəli olması vacib amildir. İndi əsas məsələ Santuşun millidə necə bir ailə quracağıdır. Mən Polşa millisinin oyunlarına baxırdım. Nəsə Santuşun orda işi alınmırdı. Futbolçularla anlaşması yaxşı deyildi. Bu da oyunda hiss olunurdu. Məşqçinin yığmada bir ailə qurmağı böyük işdir, vacib məsələdir. Fernandu Santuşa uğurlar arzu edirəm".
Nur Zeynalova
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi