"Qarabağ” ailəsinin üzvü olduğum üçün çox şadam. Təəssüratlarım əladır. Şükürlər olsun ki, növbəti çempionluğumuzu qazandıq. İnanıram ki, gələn il də birinci olacağıq. Eləcə də Çempionlar Liqasında əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”.
QOL.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov deyib.
O, sona 8 tur qalmış çempion olmaqlarının “Qarabağ”ın güclü və ya rəqiblərin zəif olması ilə əlaqələndirməyib: “Futbolda belə anlayış yoxdur. Elə oyunlar olub ki, uduzmuşuq, yaxud heç-heçə etmişik. Hətta bəzən TOP klublar da gözlənilməz məğlubiyyətlə üzləşirlər. Məsələn, “Liverpul” kimi komanda öz meydanında “Atalanta”ya 0:3 hesabı ilə uduzdu”.
29 yaşlı futbolçu bildirib ki, müasir futbolda uğur qazanmaq üçün iki əsas amil var: “Mənim fikrimcə, indiki dövrdə futbolda əsas olan istək və əzmkarlıqdır. Bu ikisi varsa, yaxşı nəticə qazanacaqsan. Qurban müəllim bizə həmişə deyir ki, istəkli olun, ürəklə oynayın, əzmkar mübarizə aparın. Əziyyət çəkirsənsə, artıq məşq edirsənsə, Allah sənə bunun əvəzini yetirir”.
A.Hüseynov qarşıdakı kubokun finalı barədə də danışıb: “Zirə” hazırda çox yaxşı formadadır. Özü də final cəmi 1 oyundan ibarətdir. İnanıram ki, kuboku qazanacağıq. Düzdür, çətin olacaq. Çünki Rəşad Sadıqov komandasını final üçün əla motivasiya edəcək”.
“Qarabağ”ın müdafiəçisi avrokuboklara vəsiqə qazandıqları üçün “Zirə”nin baş məşqçisini təbrik edib: “Rəşad Sadıqovu təbrik edirəm. Mən “Qarabağ”da onunla birgə oynamışam. Sadıqovun ikinci yeri tutmasına sevindim. Amma bunun finaldakı mübarizəyə aidiyyəti yoxdur. Çünki mən “Qarabağ”ın futbolçusuyam və finalda qalib gəlib mövsümü “qızıl dubl”la başa vurmaq istəyirəm”.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video