"Araz-Naxçıvan"ın futbolçusu Abdulla Rzayev Misli Premyer Liqasının sonuncu turunda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlama verib.
QOL.az xəbər verir ki, o, əvvəlcə oyun və mövsümün yekunu haqda danışıb: “Əvvəlcə “Qarabağ”ı təbrik edirəm. Layiqli çempion oldular və ötən mövsüm Avropa Liqasında da ölkəmizi layiqli təmsil etdilər. Oyun haqda danışsaq, itirəcəyimiz bir şey yox idi. Son oyunlar qələbə qazana bilmirdik. Çalışırdıq ki, bu oyunda xal qazanaq, mövsümü ən azı 8-ci yerdə bitirək. Mövsüm boyu çətin oyunlarımız da oldu, yaxşı oyunlarımız da. Ən azı bu gün xal qazana bildik və kiçik də olsa azarkeşlərimizi sevindirə bildik. Azarkeşlərə də ayrıca təşəkkürümü bildirirəm. Bakıda qalmağımıza baxmayaraq hər zaman oyunlarımıza gəlib dəstəkləyirlər”.
A.Rzayev öz çıxış haqda danışmaq istəməyib: “Sözün açığı öz çıxışım barədə danışmağı xoşlamıram. Çalışıram ki, hər zaman oyundan oyuna artırım, məşqçinin verdiyi tapşırıqları yerinə yetirim. Çıxışım haqqında məşqçilər korpusu və başqaları fikir bildirsə, daha yaxşı olar. Mənim özüm haqda danışmağım düzgün olmaz. Çalışacam hər oyun artırım, öz üzərimdə daha çox işləyim. Çatışmayacaq cəhətlərim daha çoxdur. İnşallah, çalışmağa davam edəcəm”.
O, gələcək planları haqda hələlik qərar vermədiyini bildirib: “Bu barədə heç nə deyə bilmərəm. Mövsüm təzə bitib. Menecerimlə danışacam. Mən müqavilə ilə “Sabah”a məxsusam. Burada müqavilənin vaxtı bitəndə “Sabah”a qayıdacam. Sonra, isə xeyirlisi nədirsə, o olsun”.
22 yaşlı cinah müdafiəçisi “Sabah”ın Konfrans Liqasına vəsiqə qazanması haqda da danışıb: “Sabah”ı təbrik edirəm. Onlar da “Neftçi” üzərində layiqli qələbə qazandılar və Avropada ölkəmizi təmsil edəcəklər. Şübhəsiz, “Sabah” böyük komandadır. Orada və Konfrans Liqasında oynamaq böyük hissdir. Təki xeyirlisi olsun”.
O, “Araz-Naxçıvan”ın qeyri-sabit çıxışının səbəbləri ilə bağlı sualı da cavablandırıb: “Bu, futboldur. Biz də istəyərdik ki, hər oyun yaxşı nəticə göstərək, daha da artıraq. Çatışmayan cəhətlərimiz çox idi. Öz üzərimizdə çalışırdıq. Təəssüflər olsun ki, komandada uğurlu seriya qırıldı. Yenə də ilk ilimiz ümün pis deyil. Məncə, əsas məqsəd Premyer Liqada qalmaq idi. İstəyərdik ki, daha yaxşı nəticələr qazanaq. Yaxşı nəticələr çox olmasa da, yenə də mövsümü 8-ci yerdə bitirdik. Çalışacağıq önümüzə baxaq, səhvlərimiz üzərində işləyək. Sözsüz ki, ev oyunlarını Naxçıvanda keçirsəydik, daha yaxşı olardı. Yenə də azarkeşlər sağ olsunlar, bizi tək qoymurlar. Amma Naxçıvanda atmosfer daha yaxşı olardı və daha yaxşı nəticələr qazanardıq. Elə oyunlar oldu yaxşı oynadıq, bəxtimiz gətirmədi. Elə oyunlar oldu, pis oynadıq”.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video